28-01-2016 [14:49]
Dünən Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində fəaliyyət göstərən "Sumaks” şirkətinin hazırladığı "Avtomaks” cihazının təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Azercell-in Strateji Partnyorluq və Müştəri Kanalları departamentinin direktoru İmran Bağırov qeyd edib ki, ağıllı telefonlar, CihazdanCihaza (M2M) və sürətli internet texnologiyalarının inkişafı bizim həyatımızın standartlarını dəyişib və bu proses daha da sürətli şəkildə irəli gedir. Bu cihazlar insanların bir biri ilə əlaqəsini təmin edən cihazdan daha çox insanın gündəlik köməkçisinə çevrilib. Bir çox sahələrdə istifadə olunan smartfonlar həm də "Əşyaların internetində” (IoT) - "Ağıllı ev” konsepsiyasında əsas vasitələrdən biridir.
İ.Bağırov bildirib ki, Azercell hələ 2013-cü ildə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin yetirməsi olaraq Sumaks şirkətinin "Ağıllı ev” layihəsini təqdim edib. İndi isə şirkət bu konsepsiyanın davamı olaraq hazırlanan "Avtomaks” cihazını təqdim etməkdən qürur duyur.
Tədbirdə "Avtomaks” cihazı haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda bir ilk olan bu qurğunun əsas məqsədi avtomobilin təhlükəsizliyini təmin etmək və ona nəzarəti həyata keçirməkdən ibarətdir. "Avtomaks” qurğusu avtomobil və sürücu haqqında əsas məlumatları yaddaşda saxlayır. Bura maşının markası, buraxılış ili, texniki vəziyyəti, o cümlədən, sürücünün şəxsiyyəti haqqında zəruri bilgilər daxildir.
Avtomaks maşınla əlaqədar bir sıra informasiyaları mütəmadi olaraq sahibinə ötürür. Bu zaman bütün sutka boyunca avtomobilin dayanma anını, getdiyi məsafəni, olduğu yerləri izləmək mümkündür. Proqram maşının sığortasının vaxtı bitdikdə, yağının dəyişmə zamanı çatdıqda müvafiq xəbərdarlıq edir.
Avtomaks Bakı sürücüləri üçün aktual olan digər məsələlərdə də köməyə gəlir. Belə ki, avtomobilin evakuator tərəfindən aparılması, yaxud oğurluq hallarında da sahibinə dərhal məlumat verilir. Avtomaks vasitəsilə hər gün maşının getdiyi yol, sürət həddinə nəzarəti, yanacaq sərfi, təyin olunmuş radiusa nəzarət etmək mümkündür.
Təqdimat mərasimində çıxış edən "Sumaks” şirkətinin direktoru Cavid Məmmədovun qeyd etdiyinə görə, yeni layihə Azərbaycan bazarında böyük rəqabət potensialına malikdir. Çünki Avtomaks - tam yerli məhsuldur və buna görə də qiyməti xaricdən gətirilən oxşar cihazlardan kifayət qədər fərqlənir. Bundan əlavə, Avtomaks daha çox funksiyaya malikdir. Ümumilikdə "Sumaks”ın ən əsas fəaliyyət dairəsi ilk yerli təhlükəsizlik, komfort və idarəetmə sistemləri yaratmaqdan ibarətdir. Şirkət ilkin olaraq Ağıllı Ev texnologiyasını yaradıb. İndi isə avtomobillərin təhlükəsizliyi üçün nəzərdə tutulmuş Avtomaks cihazı ilə fəaliyyətini davam etdirir. "Sumaks” dünya təcrübəsində istifadə olunan yüksək texnologiyalardan yararlanmaqla Azərbaycana məxsus olan cihazların yerli istehsalını təşkil edir.
Sonda Cavid Məmmədov layihənin ərsəyə gəlməsində dəstək olan Bank BTB, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Müdafiə Sənayesi Nazirliyinin Peyk Zavodu və Azercell Telekom MMC-yə dərin təşəkkürünü bildirdi və hazırki şəraitdə ölkəmiz üçün olduqca mühüm olan qeyri- neft sektorunun, yerli istehsalın inkişafında "Sumaks”ın bundan sonra da faydalı işlər görəcəyini vurğulayıb.
![]()
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi