Prezidentin məmurlara tövsiyə etdiyi maşın – FOTOLAR

img

26-01-2016 [19:09]


Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda məmurlara "Lifan” avtomobilini sürməyi tövsiyə edib.


"Naxçıvanda avtomobil zavodu var. Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm”-deyə ölkə başçısı bildirib.

Prezidentin məmurlara tövsiyə etdiyi avtomobil haqda maraqlı məlumatları oxuculara təqdim edirik:



Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin "CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD." Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalayıb. Sazişə əsasən, Naxçıvan şəhərində "LİFAN" markalı minik avtomobillərinin istehsalı təşkil olunur.
Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib. Zavod 2,6 hektar ərazidə yerləşir.



Zavod 4 ban növündə avtomobil istehsal edir: Premium, Sedan, Suv, Mini.

Hazırda NAZ-ın satışa çıxardığı avtomobil modelləri bunlardır:

LIFAN 330
LIFAN 320 MINI
LIFAN X60 SUV
LIFAN X50 SUV
LIFAN 630
LIFAN 620
LIFAN 820 PREMIUM
LIFAN720 PREMIUM



"NAZ Lifan” avtomobillərinin qiyməti markasından asılı olaraq 7-20 min manat civarındadır. Zavodun istehsal gücü ildə 5 min ədəddir.

Azvision.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA