21-01-2016 [14:35]
Yanacaqdoldurma məntəqələrində devalvasiyadan sonra sürücüləri aldatmaq üçün yeni variantdan istifadə olunduğu barədə dəfələrlə sosial şəbəkələrdə məlumat yayılıb.
Variant isə ondan ibarətdir ki, sürücü benzin çəninin tam doldururulmasını sifariş etdikdə onun maşınına çənin tutumundan artıq benzin vurulduğu göstərilir. Bu barədə bir neçə dəfə sürücülər sosial şəbəkələrdə yazıb həmkarlarını xəbərdar ediblər.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, oxşar hadisə ilə bu dəfə vəkil Cavid Rzazadə rastlaşıb. C.Rzazadə qeyd edir ki, "Azpetrol”un Nobel prospektində yerləşən yanacaqdoldurma məntəqəsində onun maşınının 88 litrlik çəninə 96 litr benzin "vurulub”: "Mən 19.01.2016-cı il tarixdə saat 20:38-də Nobel prospektində yerləşən "Azpetrol" yanacaq doldurma məntəqəsinə istifadəmdə olan "Mitsubişi Pajero" markalı avtomobil ilə yaxınlaşıb "polnıy bak" yanacaq sifariş etdim. Bundan sonra mənim avtomobilimin çəninə hissə-hissə, yəni 71,43 litr və 25,48 litr olmaqla cəmi 96,91 litr yanacaq vuruldu. Əsas məsələ bundan sonra başladı. Belə ki, istifadəmdə olan "Mitsubişi Pajero" markalı avtomobilin çəni vur-tut 88 litr həcmindədir və ən "ağıllı" adam belə anlayar ki, bu həcmdə çənin içinə 96,91 litr yanacağın vurulması qeyri-mümkündür.
Məsələyə aydınlıq gətirmək üçün yanacaq doldurma məntəqəsinin növbə rəisi Xəqani müəllimi çağırtdırdım. O da mənə kompüterin məlumatlarını göstərməklə kifayətlənib inandırmağa çalışdı ki, bəs 88 litr həcmində çənin içinə 96,91 litr yanacağın vurulub. Bu şəxsə kompüterin məhz qəsdən qüsurlu ayarlandığını başa salmağın çətin olduğunu görüb təklif etdim ki, öz vəsaitim hesabına həmin yanacaq doldurma məntəqəsindən 10 litr yanacaq alım. Lakin həmin yanacağı standart ölçülü 10 litrlik şəffaf qaba dolduraq və bu zaman görünər ki, yanacağı kompüter vursa da, faktiki vurduğu yanacağın həcmindən daha artıq həcmdə məlumatları göstərir və bununla da, müştərilər aldadılır.
Amma gözlənildiyi kimi, bu növbə rəisi şəffaf qabda yanacaq satmaqdan imtina etdi. Bundan sonra mən şikayət verəcəyimi deyib, həmin 96,91 litr benzinə görə müvafiq olaraq 50 manat və 17,84 manat olmaqla cəmi 67,84 qəpik ödəyib çekləri tələb etdim. Bu məqamda çeklərdə sehrli şəkildə yoxa çıxdı”.
Vəki bildirib ki, rəhbərlik məsələni operatorun üstünə yıxıb və onu işdən azad edib: "Sahə rəisinə xatırlatdım ki, mənə kompüterin göstəricilərini nümayiş etdirəndə onun şəklini çəkmişəm. Həmin Xəqani adlı rəis mənim avtomobilimə benzin vuran kassir-operatoru qabağa verib dedi ki, bəs şikayət etsən, bu cavan oğlan işindən olacaq, onu işdən çıxaracaqlar.
Növbəti gün kassir-operator olan Qaçaylı Cavanşir Oktay oğlu həmin yanacaq doldurma məntəqəsinin direktoru olan Rauf müəllim tərəfindən bölgə direktoru Rahib müəllimin göstərişi ilə işdən azad olunub. Səbəb isə, mənim tərəfimdən şikayət olunacağı təqdirdə artıq benzinin avtomobilin çəninə deyil, ehtiyatsızlıqdan yerə töküldüyünə istinad edib haqq-hesabda müştəriləri aldatdıqlarını ört-basdır etməkdən ibarətdir”.
C.Rzazadə qeyd edib ki, əslində bu "Azpetrol”un süni qiymət artımı etməsidir: "Mən əslində 88 litr benzinə görə 67,84 manat pul ödəmişəm ki, nəticədə həmin benzinin litri mənə 0,77 qəpik qiymətə başa gəlib”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi