İcra başçısı 10 nəfərdən ibarət 15 işçi qrupu yaratdı - Marketlərdə qiymət artımına nəzarət (FOTOLAR)

img

15-01-2016 [22:22]


Süni qiymət artımına qarşı nəzarət Nərimanov rayonunda da davam etdirilir.

Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə Nərimanov rayonunda da təxirə salınmaz tədbirlər həyata keçirilir.

Mia.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyəti Başçısı yanında hüquq-mühafizə orqanlarının rəhbərlərinin və rayonun digər rəhbər işçilərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Müşavirədə süni qiymət artımının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin verdiyi tapşırıqların icrasının təmin olunması istiqamətində qarşıda duran vəzifələr müzakirə olunmuş, bir sıra zəruri tədbirlərin həyata keçirilməsi qərara alınıb:

"Bu məqsədlə Rayon İcra Hakimiyyətinin, Mənzil Kommunal İstismar Sahələrinin, Hüquq-Mühafizə orqanlarının, İctimai Şuranın, Rayon Ağsaqqallar Təşkilatının və digər ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə hər biri 10 nəfərdən ibarət olmaqla 15 işçi qrupları yaradılmış, rayon ərazisində fəaliyyət göstərən iri ticarət şəbəkələrində monitorinqlər keçirilmiş, strateji əhəmiyyət kəsb edən ərzaq məhsullarının qiymətlərinə və keyfiyyətinə nəzarət olunmuş, aşkar olunmuş nöqsanlar barədə iradlar bildirilərək sahibkarların diqqətinə çatdırılıb".

Bu istiqamətdə işlər mütəmadi olaraq davam etdiriləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA