13-01-2016 [12:59]
Son günlər mediada "gül satan oğru”, "parkinq xahiş edən oğru” və "su, işıq işçisi oğru” məlumatlarından sonra dünən "şagird oğrusu” da peyda olub.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, 20 saylı məktəbdə və Xətai rayonunda yerləşən uşaq baxçasında adam oğurluğuna cəhd edən iki nəfər saxlanılıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, əlsində, paytaxtda iki belə halla bağlı anlaşılmazlıq olub: "20 saylı məktəbin Yasamal rayonunda yerləşən korpusunda bir nəfər yaxınlaşıb və mühafizəçi onu məktəbə buraxmadığı üçün mübahisə ediblər. Bu zaman məktəbdə işləyən müəllimələrdən biri 102 xidmətinə zəng edərək məlumat verib və bildirib ki, həmin şəxs uşaq oğurlamaq üçün gəlib.
Dərhal polis əməkdaşları məktəbə gediblər və mühafizəçi ilə məktəbə daxil olmağa çalışan şəxs polis bölməsinə gətirilib. İzahatları alınıb və aydın olub ki, həmin şəxs məktəbin yaxılığında yaşayır. Məktəbin şagirdləri onun həyətini zibillədikləri üçün o direktorla görüşüb şikayət etmək istəyib. Həmin vətəndaş deyib ki, şagirdlərə bir daha belə bir hərəkət etməmələri barədə tapşırıq verilsin. Lakin mühafizəçinin onu məktəbə buraxmaması və direktorla görüşməsinə maneə olduğu üçün aralarında mübahidə düşüb. Müəllimə də bunu səhv anlayıb. Sonradan məsələ tam aydın olub və hər iki şəxs sərbəst buraxılıb”.
DİN sözçüsü deyib ki, uşaq oğurluğuna cəhd olması barədə yayılan digər məlumatın araşdırıması zamanı müəyyən edilib ki, uşaq baxçasında baş verən bu olay da sadəcə anlaşılmazlıq yaradıb: "Həmin ərazidə əkiz uşaqlarını baxçaya qoyan valideyn bir yaxınına zəng edərək uşaqları ordan götürməsini xahiş edib. Valideynin qohumu olan qadın baxçaya gəlib və "əkizləri götürəcəyəm” deyib. Baxçada olan əkiz uşaqları qadına təhvil verəndə aydın olub ki, onun götürəcəyi əkizlər bu əkizlər deyil.
Bu zaman orada tərbiyəçilər ondan şübhələniblər və müəyyən qədər mübahisə yaranıb. Bu barədə 102 xidmətinə məlumat verilib və polis əməkdaşları dərhal həmin baxçaya gediblər. Araşdırma zamanı müəyyən edilib ki, həmin qadın həqiqətən də əkiz uşaq götürülməsi barədə valideyndən tapşırıq alıb. Lakin onun götürməli olduğu əkizlər bu baxçada deyil, yaxınlıqdakı digər baxçadadır. Sadəcə o qadın baxçaları səhv salıb. Bununla da hər iki məsələ aydınlaşıb.
Vətəndaşlardan və mediadan xahiş edirik ki, məlumatı dəqiqləşdirmədən yaymasınlar. Daxili İşlər Nazirliyi ölkədəki kriminogen duruma tam nəzarət edir və vətəndaşların qorxmasına heç bir əsas yoxdur”.
Qafqazinfo.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi