12-01-2016 [10:39]
Yanvarın 8-də səhər saatlarında Bakının Hövsan qəsəbəsindəki bağ evində xüsusi amansızlıqla öldürülən Bakı Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətlinin bəzi təfərrüatları məlum olub.
Trend-in məlumatına görə, 8 bıçaq zərbəsi ilə qətlə yetirilən Q.Bağırov hadisə zamanı onu bıçaqlayan şəxs və ya şəxslərə müqavimət göstərib. Belə ki, meyitə baxış zamanı onun əllərində bıçaqla kəslimiş-deşilmiş yaralar aşkar edilib. Meyitin üzərində iplə boğulma izləri də aşkar olunub. Məlum olub ki, hadisəni törədən şəxs tək olmayıb. Yəni, bir nəfər Q.Bağırova bıçaq zərbəsi endirərkən mərhum kombinat direktoru qatilə müqavimət göstərib, daha bir nəfər isə onu iplə boğub. Q.Bağırovun öldüyünə tam əmin olandan sonra onu qətlə yetirən şəxs və ya şəxslər izi itirmək məqsədilə mərhumun mobil telefonunu da götürüb hadisə yerini tərk ediblər.

Məlumata görə, Q.Bağırov son günlər izlənildiyini bilib və bu barədə yaxınlarına da xəbər verib. Ölümündən bir neçə gün əvvəl Q.Bağırov qohumlarına deyib ki, onu bağ evində kimlərsə izləyir və dəfələrlə ayrı-ayrı şəxslərin bağ evinin hasarından həyətə baxdığını görüb. Lakin öldürüləcəyini zənn etməyən mərhum kombinat direktoru bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməyib. Q.Bağırov izlənilməsindən sonra evinin qarət ediləcəyini zənn edib və bağ evindəki bütün pullarını götürərək iş yerində seyfdə saxlayıb. Ölümündən sonra polis Q.Bağırovun ofisindəki seyfdə olan pulları götürərək ailə üzvlərinə təhvil verib.
Məlumatda Q.Bağırovun bağ evində tək yaşamasının səbəbləri də açıqlanıb. Belə ki, Q.Bağırovun bir neçə ay əvvəl həyat yoldaşı ilə mübahisəsi olub və bundan sonra ailəsindən ayrı, bağ evində yaşamağa qərar verib.
Qeyd olunur ki, Q.Bağırov öldürüldüyü gün günorta saat 12 radələrinə qədər "Facebook” sosial şəbəkəsində qohumları və dostları ilə yazışıb.
Xatırladaq ki, yanvarın 8-də Hövsan qəsəbəsi, yeni yaşayış massivində yaşayan 1963-cü il təvəllüdlü Bağırov Qalib Afil oğlunun meyiti tapılıb. Naməlum şəxslər Q.Bağırovu evində 8 bıçaq zərbəsi ilə qətlə yetiriblər.
Meyitə baxış keçirilərkən məlum olub ki, bıçaq zərbələrindən əlavə, meyitdə boğulma əlamətləri də aşkar edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.11 (qəsdən adam öğldürmə-quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (Quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır. Hələlik faktla bağlı dindirilmələr osa da, hadisədə şübhəli şəxs qismində saxlanılan olmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi