Hökumət qərar verdi; 9 gün iş olmayacaq – RƏSMİ

img

09-01-2016 [14:47]


2016-cı ildə Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

Nazirlər Kabinetinin qərarına əsasən 2016-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən gələn il Novruz bayramında 20 mart bazar gününə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq.

Martın 19-da şənbə gününə təsadüf etdiyindən iş olmayacaq.

26 və 27 mart tarixləri də şənbə və bazar günlərinə təsadüf etdiyi üçün gələn il Novruz bayramında 9 gün – 19, 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixlərində qeyri-iş günü olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA