07-01-2016 [14:37]
Xəbər verdiyimiz kimi, Bakıda qızıl alverçisi Məryəm Namidzadənin dəhşətli qətli ilə bağlı üç nəfər həbs olunub.
Mia.az xəbər verir ki, bununla bağlı Axar.az-ın hadisə yerində olan əməkdaşına açıqlama verən mərhumənin oğlu Kamran Hüseynovun sözlərinə görə, bacısı Günel Hüseynova və iki qohumu faktla bağlı saxlanılıb. Amma saxlanılan digər qohumların adları hələ ki, açıqlanmır. K.Hüseynov qeyd edib ki, Məryəm onun ögey anası, Günel isə ögey bacısıdır:
"Atam Mehman bu yaxınlarda dünyasını dəyişib. Anamla ayrıldıqdan sonra Məryəmlə ailə qurmuşdu və ondan Günel dünyaya gəlib. Günel anası ilə bir yerdə Mərkəzi Univermaqda qızıl alveri ilə məşğul olurdular.
Günelin bir qızı var, həyat yoldaşından isə ayrılıb. Onun keçmiş əri indi həbsdədir, dələduzluq ittihamı ilə 9 il iş verilib (keçmiş kürəkən qayınanasına – Məryəm Namidzadəyə qarşı dələduzluqda ittiham olunub). Məryəmlə Günel bir yerdə yaşayırdılar. Belə bir hadisə olacağı heç kəsin ağlına gəlməzdi”.
M.Namidzadənin adını açıqlamayan qonşusunun sözlərinə görə, o, dekabrın 31-də bayramlaşmağa gedib: "Bayram günü Məryəmin bacısı və əri, uşağı, qızı orda idilər. Mən də bayramını təbrik etməyə getmişdim.
Ordan-burdan söhbət elədik. Məryəm qayıtdı ki, "qızıl alveri zəifləyib, iş getmir, ona görə də neçə vaxtdır qızılları özümlə aparıb gətirirəm”. Ona dedim ki, ehtiyatlı ol, səni yolda izləyən olar, təhlükəlidir, özünə bir mühafizəçi ayır. Bu söhbətimiz də onların yanında olub. İndi nə bilmək olar, bəlkə də bundan sonra qızının ağlına belə bir iş tutmaq gəlib”.
Qonşusu bildirib ki, mərhumənin qızı ərindən ayrılandan sonra münasibət qurduğu bir nəfər olub. O, cinayəti törədənlərin Günelə psixoloji təsir göstərdiyini də ehtimal edir.
M.Namidzadənin bacısının əri Sənanın sözlərinə görə, bayram günü evdə külli miqdarda qızılın daşınması və buna görə mühafizəçi tutulması ilə bağlı söhbət olmayıb:
"Faciə baş verib və kimin təqsiri varsa, cəzasını alacaq, əlavə heç nə deyə bilmərəm. Ana-bala arasında nə söhbət olubsa, istintaq aydınlaşdıracaq”.
Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi 17 ünvanında baş verib. M.Namidzadə "Jevelleri” zinət əşyaları mağazasının sahibi olub. Ona 43 bıçaq zərbəsi vurulub.
M.Namidzadənin qızı həbsindən qabaq izahatında evdən ona məxsus 30 000 dollar dəyərində qızıl əşyaların oğurlandığını bildirmişdi.
Hazırda hadisə törədilən mənzil istintaq orqanı tərəfindən möhürlənib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi