29-12-2015 [21:51]
Bakıda dekabrın 21-dən başlayan "dollar xaosu" davam edir. "Exhange"lərin əksəriyyəti fəaliyyətini dayandırıb.
Musavat.com-un əməkdaşı bu gün valyutadəyişmə məntəqələrindəki vəziyyəti öyrənməyə çalışıb.
28 May küçəsində yerləşən əksər valyutadəyişmə obyektləri işləmir. Buna səbəb olaraq, isə dollar qıtlığı göstərilir. Açıq olan bəzi məntəqələr isə yanız dolların alışını həyata keçirirlər.
İnsan sıxlığının müşahidə olunduğu 28 May küçəsində dolların satışı 1.61-1.63 manat arasında dəyişir.
Qeyd etmək lazımdır ki, bu qiymətə belə, dollar alan xeyli sayda müştəri var.
"Neftçilər" metrostansiyasının ətrafında olan valyutadəyişmə məntəqələrinin böyük bir hissəsi işləyir və burada dolların satış qiyməti 1.635 manatdır. Burada da dollara olan tələbat yüksəkdir. Açıq olan məntəqələrin qarşısında isə müştəri növbələri var.
"Nəriman Nərimanov"da isə vəziyyət fərqlidir. Bu ərazidə olan valyutadəyişmə məntəqələri qapıları çoxdan bağlayıb.
Yalnız bir məntəqə açıq idi. Məntəqədə çalışan Sahib adlı şəxs deyir ki, dollar olsa da, heç kim satmaq istəmir: "Dollar qıtlığı yoxdur. Sadəcə, baha qiymətə satmağa icazə vermirlər. Ona görə də, çox adam qapıları bağlayıb. Baha satanlar obyektlərdə yox, gizli olaraq, əldən-ələ satırlar. Bununla bağlı artıq yoxlamalar var. Baha satan bir neçə nəfər də saxlanılıb. Mərkəzi Bankın müəyyən etdiyi qiymətə satmaq da çox adama sərf eləmir".
Qeyd etdiyimiz ünvanda olan valyutadəyişmə məntəqələrində dolların satış qiyməti 1.62 manat göstərilir.
Xatırladaq ki, dünən valyutadəyişmə məntəqələrində dollar 1,59-1.60 manata satılırdı. Bu gün isə 1.62-1.63 manatdır.
Mərkəzi Bank isə dekabrın 28-də yaydığı məlumatda 1 dolların 1.5561 manat olduğunu açıqlayıb.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi