25-12-2015 [21:56]
Məlum olduğu kimi, Mərkəzi Bankda bu gün keçirilən görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub.
Mərkəzi Bank banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib.
Bəs bu çətin tələffüz olunan "restrukturizasiya" nə deməkdir?
Strateq.az bildirir ki, Borcun Restrukturizasiyası – defolt halında olan, yəni öz borcunu ödəyə bilməyən borcalana qarşı tətbiq edilən ölçü vasitəsidir.
Restrukturizasiyanın bir neçə növü vardır, onlar həm ayrılıqda, həm də kompleks şəkildə tətbiq edilə bilər.
Ödənişin müddətlərinin və həcminin dəyişdirilməsi;
Borcun bir hissəsinin mülkiyyətdə paya dəyişdirilməsi;
Borcun bir hissəsinin silinməsi.
Restrukturizasiya müxtəlif borcalanların defoltu zamanı tətbiq edilə bilər.
İlk növbədə, dövlət borcunun restrukturizasiyası – danışıqlar sayəsində mümkün olan bir prosesdir. Bu prosesdə beynəlxalq maliyyə təşkilatları iştirak edir. Misal üçün, Beynəlxalq Valyuta Fondu, Avropa Bankı və s.
Beynəlxalq hüquqa əsasən hər hansı bir dövlət bankrot elan edilə bilməz, belə ki, onun suverenliyi vardır. Bu halda onun mülkünün sonradan satılması məqsədi ilə intervensiya etmək mümkün deyil.
Belə hallarda beynəlxalq kreditorlar birliyi belə bir sual qarşısında qalır, ya ümumiyyətlə borcalandan heç nə ala bilməmək ya da borcun restrukturizasiya şərtlərində razılığa gəlmək.
Bundan əlavə, hələ ölkə rəsmi şəkildə defolt elan edilməmişdən öncə həmin ölkədə elə bir situasiya yarana bilər ki, bunun nəticəsində sosial partlayış baş verər. Belə halda isə borcun tamamilə qaytarılması ehtimalı daha az inandırıcı görünür.
Belə bir restrukturizasiyaya nümunə kimi 2011-ci ilin Brüssel sazişini göstərmək olar. Bu zaman kreditorlar Yunanıstanın borcunun 50%-ni silməyi təklif etmişdi.
Bir sıra hallarda borc mükəlləfiyyətini azaltmaq üçün, ölkə hər hansı bir mülkün ötürülməsini həyata keçirə bilər. Məsələn, səhmləri dövlətə məxsus olan bir müəssisənin səhm paktının verilməsi və ya hər hansı bir xammal yatağında işləmək və emal icazəsi.
İkinci halda restrukturizasiya kommersiya təşkilatının, o cümlədən də bankın defoltu zamanı həyata keçirilə bilər.
Bir qayda olaraq, hər hansı bir şirkətin müflis elan edilməsi uzunsürən və bahalı bir prosesdir.
Bir çox qanunvericiliklərə əsasən, uzunmüddətli qiymətli kağızlara malik olan və problemli şirkətlərə kredit verən təşkilatlar likvidasiya zamanı növbəlilik prinsipində ilk yerdə gələn orqanlar hesab olunmur.
Belə situasiyada borcverənlər məbləğin heç olmasa hər hansı bir hissəsini qaytarmaq üçün bəzən gəlirdən və hətta kreditin nominal dəyərindən belə imtina etməyə razı olur. Belə halda korporativ borcun restrukturlaşması haqqında saziş imzalana bilər.
Bundan əlavə, kampaniyanın borcunun restukturlaşdırılması zamanı borc öhdəliklərini paylı qiymətli kağızlar ilə dəyişmək olar. Bunun nəticəsində kreditor həmin müəssisənin şərikinə, ya da tamamilə sahibinə çevrilə bilər.
Bank sektorunda borcun restrukturlaşdırılması bir qayda olaraq, bankın sağlamlaşıdırlması (sanasiya) prosedurlarının bir hissəsi olur. Bu tədbirlər Mərkəzi Bank və ya "Əmanətlərin Sığortalanması Fondu" tərəfindən nizamlanır.
Üçüncü halda, fərdi borcalanların kreditlərinin restrukturlaşdırılması mümkündür. Bank üçün bu, əlavə xərclərlə müşahidə olunan məhkəmə proseslərindən yayınmaq vasitəsidir. Bu zaman kredit təşkilatları adətən peniya və cərimələrin silinməsinə razılaşır. Lakin praktikada borcun əsas məbləğinin azalmasına onlar heç vaxt yol vermir.
İstənilən bir borcun restrukturlaşdırılması, istər dövlət borcu olsun, istər də korporativ, borcalanın reputasiyasına mənfi təsir göstərir. Gələcəkdə onları kreditləşdirməkdən tam imtina edilə bilər və ya şərtlər daha sərt tətbiq edilə bilər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi