“İlk yarışa qatılmağım üçün anam nişan üzüyünü satmışdı” – Məşhur idmançı Rəfael Ağayev

img

25-12-2015 [16:43]


Müsahibimiz qazandığı qələbələrlə dəfələrlə Azərbaycan bayrağını zirvələrə ucaltmış 4 qat Dünya Çempionu, 1 qat Olimpiya və 10 qat Avropa Çempionu Rafael Ağayevdir.

R.Ağayevlə söhbətə idmana necə gəlməsindən başladıq. O, uşaqlıqda çox dalaşqan olduğunu. Brüs Linin kinolarına maraqla baxdığını və karateyə ordan meylləndiyini bildirib: "Valideynlərimdə mənə bu idman növünü seçməyimdə dəstək oldular.7 yaşımdan bu idman növündəyəm. Artıq 30 yaşım var. Ailədə atam, anam və 3 oğlan olmuşuq. Böyük qardaşım əlaçı idi, ortancıl qardaşım normal, mən isə çox zəif oxumuşam. Demək olar ki, oxumağa həvəsim olmayıb. Orta məktəbi Sumqayıt şəhərində yerləşən 21 nömrəli məktəb bitirmişəm. Mən müəllimlərimə sözün yaxşı mənasında məktəbdə oxumadığım görə məni yola verdikləri üçün çox təşəkkür edirəm. Ali təhsilimi də Bakı Dövlət İdman Akademiyasında bitirmişəm”.

Bu idman növünü çox sevdiyini vurğulayan R.Ağayev bilidirib ki, ilk dəfə yarışa 7 yaşında Rusiyada qatılıb. İdmançı uşaqlıqda çox ağır günlər keçirdiyini də etiraf edib: "Kasıb və sadə bir ailənin övladı olmuşam. İlk yarışa qatılmağım üçün anam nişan üzüyünü satmışdı. Çox şükürlər olsun ki, həmin yarışmanı qazandım və sübüt etdim ki, Karateyə yeni bir oyunçu gəlir. Ondan sonra 1997-ci ildə yığma komandaya çağırıldım. Mənim hər qələbəm vətənimin bayrağını zirvələrə qaldırmaq üçün olub. 23 il ərzində demək olar ki, məğlub olduğum oyunlar çox az olub. Yaddan qalan məğlubiyyətim isə 2012-ci ilə Dünya Çempionatının finalında Loci Busi İtaliya oyunçusu ilə qələbəmə 1 xal qalmışkən mən məğlub oldum. Mən həmin oyunçu ilə tatami üzərində 9 dəfə görüşmüşəm, 2 dəfə o qalib olub, 7 dəfə mən onu məğlub etmişəm. Profesional oyunçu tək uğurları ilə deyil, məğlub olduğu oyunlarını da yaddan çıxarmamalıdır. Yəni məğlub olmalısan ki, qələbənin dadını biləsən. Karateyə mən işim kimi baxmıram, Karate mənim həyatımdır və mən karate ilə nəfəs alıram. Karate nin 36 növü vardır. Dünya Karatesində 5 dəfə Dünya Çempionu yoxdur. 4 dəfə Dünya Çempionunun biri mənəm, biri də İspaniyalı İgeya dır. Bu idman növündə çox şeyləri qurban vermişəm. Olub iki seçim arasında qalmışam sevgi yoxsa idman, mən idmanı seçmişəm. Atamın dediyi söz hər zaman mənim aforizmim olub. "Sən işində birinci ol qismətdirsə, nail olacaqsan”. Başqa idman növlərindən Futbolu çox sevirəm. Həyata ikinci dəfə gəlsəydim, futbolu seçərdim”.

Rəfael Ağayev onu da qeyd edib ki, dedi-qodu ilə arası yoxdur. O bildirib ki, barəsində bəzən yanlış fikirlər də səsləndirirlər: "Həyatımda demək olar ki, neçə illər dost dediyim insanı itirdiyimə görə çox peşmanam. Heç kəs ağ vərəq deyil. Tez küsüb və tez barışan bir insanam. Bu da mənim xasiyyətimdir. Bu arada musiqini də yaddan çıxarmayaq. Mən demək olar ki, Rokla və Caz dan başqa bütün növ musiqiləri dinləyirəm. Ən çox sevdiyim gitarada ifa olunan musiqiləridir. İdmanla musiqini birbirinə çox bənzədirəm. Meyxananı dinləyirəm və çox sevirəm. Şou-biznes aləmində dinlədiyim müğənilər isə Tünzalə Ağayeva, Samira, Röya, Elçin və Alim Qasimovdur. Sonda məni sevənlərə Allah onlardan razı olsun, mənim dar günümdə yanımda olublar. Sevməyənlərə də Allah köməkləri olsun”.


Nüşabə Sadıqova



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA