Dollarla krediti olanlara güzəşt olacaq? - Banklar və ekspertlərdən açıqlamalar (VİDEO)

img

24-12-2015 [23:06]


Ölkəmizdə baş verən sonuncu devalvasiya banklardan dollarla kredit götürənləri çətin vəziyyətə salib. İndi vətəndaşlar  götürdükləri puldan 47%  daha çox pul ödəməli olublar. 

Bununla belə, banklardan dollarla kredit götürənlərə xoş xəbər də var. Bəzi banklar müştərilərinin krediti daha aşağı  məzənnə ilə qaytarması üçün iş aparır. Dollarla krediti olan müştərilərə şad xəbər bank rəsmilərindən gəldi.  Belə ki, banklar müştəriləri üçün müxtəlif islahatlar aparmaqı planlaşdırır. 

Məsələn, «VTB Azərbaycan» bankının sədri müştərilərin ödəmə qabiliyyətini nəzərə alan təkliflər üzərində işlədiklərini deyib.

Sorğumuza cavab verən «Unibank» və «NBC» bankda dollarla kredit verdikləri müştəriləri üçün islahatlara hazırlaşdıqlarını və yaxın günlərdə bunun açıqlanacağını bildirir. 

İqtisadçılar isə müştərilərin ödənişini rahatlaşdırmaq üçün bir sıra üsulların olduğunu bildirir.

Mütəxəssislər bankların onsuzda verdikləri kreditlərin kifayət qədər pul qazandıqını və bu şəraitdə vətəndaşlara güzəştə getməli olduğunu bildirir(XezerTV).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA