Prezident İlham Əliyev: “Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi”

img

23-12-2015 [17:29]


Bakıda Birinci Avropa Oyunları keçirildi. Bu, unudulmaz günlər idi. Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan cəmi 24 il müstəqillik dövründə böyük zirvələrə çata bildiyini göstərib: "İdmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. 50 olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yerə layiq görülüblər. Birinci Avropa Oyunlarında idmançılarımız 56 medal qazanıblar, bunlardan 21-i qızıldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi”.

 

Prezident İlham Əliyev bildirib ki, gələn il Bakı nüfuzlu "Formula-1” və şahmat üzrə dünya çempionatına ev sahibliyi edəcək : "2017-ci ildə İslam Həmrəylik Oyunları da ölkəmizdə keçiriləcək. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir və bu, qazanılan medalların sayına da təsir edir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA