İntihar edən MTN polkovniki dəfn edildi - Foto (Yenilənib)

img

21-12-2015 [14:34]



Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyev "Qurd qapısı" qəbristanlığında dəfn edilib.

Məlumata görə, İ.Əliyev saat 13 radələrində torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun atası Mustafa Əliyev və yaxınları iştirak edib.

İ.Əliyevin dəfni zamanı çəkilişə icazə verilməyib.

Xatırladaq ki, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı istintaq təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib.

İlqar Əliyev əslən Göyçay rayonundan idi.



Musavat.com

***
10:27

Ötən gün intihar edən İlqar Əliyev bu gün dəfn olunacaq.

Bu barədə məlumat verən vəkil Rəşad Mirmehdizadə bildirib ki, mərhumun meyiti ötən gün gecə ailə üzvlərinə təhvil verilib. Vəkil İ. Əliyevin bu gün dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, ləğv olunan MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasının kamerasında özünü asaraq intihar edib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

APA.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA