"Komanda yerində deyil" - "Çelsi" klubuna yeni baş məşqçi Mourinyonı pislədi

img

19-12-2015 [19:21]


Qus Hiddink İngiltərənin "Çelsi" futbol klubuna baş məşqçi təyin olunub. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hollandiyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanılıb. 

Hiddink bu vəzifədə Joze Mourinyonu əvəzləyib. O, "Stemford Bric"ə qayıtdığı üçün sevindiyini bildirib: "Çelsi" dünyanın ən güclü klublarındandır. Bu komanda hazırda öz yerində deyil. Amma inanıram ki, vəziyyəti düzəldə biləcəyik. Böyük klubda oyunçular və digər əməkdaşlarla birgə işə başlayacağımız günü, xüsusən, "Çelsi" azarkeşləri ilə gözəl münasibətlərin bərpasını səbirsizliklə gözləyirəm". 

Qeyd edək ki, Qus Hiddink 2009-cu ildə də "Çelsi"də çalışıb. "Zadəganlar" onun rəhbərliyi altında İngiltərə Kubokunu qazanıblar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA