Mourinyo istefaya göndərildi, onun postuna 3 namizəd var

img

17-12-2015 [21:18]


İngiltərənin "Çelsi" futbol komandasının baş məşqçisi Joze Mourinyo istefaya göndərilib. 

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə klub rəhbərliyi qərar qəbul edib. 

52 yaşlı mütəxəssis "zadəganlar"ın sükanı arxasında olduğu 7 ay ərzində komandaya ölkə çempionluğu qazandırıb. O, avqustun 7-də klubla 4 illik yeni müqavilə bağlasa da, bu mövsüm "Çelsi" Premyer Liqada 16 oyundan 9-da uduzub. Hazırda London təmsilçisini autsayder zonasından 1 xal ayırır. 

Qeyd edək ki, "Çelsi"nin baş məşqçi postuna əsas namizəd kimi Qus Hiddink, Xosep Qvardiola, Brendan Rocers və Xuande Ramosun göstərilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA