17-12-2015 [12:41]
Abonentlərin pullarını çoxsaylı və müxtəlif formalı fırıldaq üsulları ilə soyan şirkətlərin siyahısına "Azərfon” da qoşulub.
İndiyə qədər bu mobil operator fırıldaq kampaniyalar və mürəkkəb tarif sistemləri ilə abonentlərini soymağa üstünlük vermirdi. Bu şirkətin mobil operator brendi "Nar Mobayl”la danışmaq, ismarış yazmaq, internetdən istifadə etmək dünyanın ən soyğunçu şirkətlərindən olan Azercell-dən 3 dəfə, ondan yalnız bir qədər insaflı olan "Baksell”dən isə 2 dəfə ucuz başa gəlir. Məhz bu səbəbdən "Nar Mobayl” fəaliyyətə başladığı vaxtdan indiyədək onun sadiq abonenti olmuşam. Ailəmizdə də hamı "Nar” nömrə istifadə edir. Lakin artıq bu operator da yeni fırıldaq üsullardan istifadəyə başlayıb.
Bu barədə son vaxtlar dost-tanışlardan eşidirdim, srağagün isə öz başıma gəldi. Əslində, buna qədər də bir neçə dəfə balansımdan özbaşına pul silinməsi halları olmuş və operatorlarla uzun cənə-boğaz heç bir nəticə verməmişdi. Bir neçə dəfə özbaşına hansısa kampaniyalara qoşmuşdular, balansımdan hər gün özbaşına pul çıxılırdı, axırda xəbər tutub dava-qırğınla çıxmışam onlardan. Bu dəfə fərqli fırıldaq oldu.
Belə ki, gecə saat 3-ə qalmış qəfildən mənə bir məlumat lazım oldu. İnternet trafikimi yoxlamaq üçün dəfələlərlə sorğu verdim, lakin sistem "bu məlumat sərfəli deyil” yazıb imtina etdi. Bu dəfə balansımı yoxladım, cavab gəldi ki balansda 44 qəpik var. Quql-da axtardığım sözü yazıb axtarış verdim, elə ilk sətirdən lazım olan məlumatı görüb heç bir linkə girmədim və dərhal interneti söndürdüm. Bir dostuma zəng etmək istədikdə robot cənabları dedi ki, indi zəng etmək çətin deyil, filan kodu yığırsan, vəssalam. Məlum oldu ki, saniyəlik ən yüngül sayta- quqla-a girib çıxmağa görə hesabdan silinib. "Nar Mobayl” operatoru ilə əlaqə cəhdi həmişəki kimi boşa çıxdı.
Məlum olduğu kimi, bu şirkətin operatoru ilə danışmaq şərəfinə nail olmaq praktiki olaraq mümkün deyil. Belə ki, hesabdan pulu qanunsuz silirlər və abonentə bunun səbəbini soruşmaq üçün zəng etməyə imkan vermirlər- çünki balansda pul bitəndə operatora zəng etmək olmur- bu qayda son illərdə qoyulub. Buna oxşar hallar başqa şəxslərlərdən də eşitdiyim üçün məsələni ictimailəşdirmək qərarına gəldim.
İndi buradan "Azerfon” şirkətindən soruşuram: Cənablar və xanımlar- 44 qəpiyi hansı əsasla, hansi tarif planı ilə, hansı fırıldaq yolu ilə 4 saniyəlik internet üçün çıxırsınız? Əgər maliyyə problemləriniz varsa, xəbər eləyin- biz sadiq abonentlər sizi darda qoymarıq- hərəmiz 1 manat yardım edərik 1-2 milyon qazanarsınız. Amma belə ucuz fırıldaqlar nəyə lazımdır?
Balans halqda məlumat sorğusu verəndə "bu məlumat sərfəli deyil” deyə cavab mesajı göndərmək nə deməkdir? Kimə sərfəli deyil? Mənə sərfəlidir və sizin də borcunuz bu məlumatı mənə verməkdir. Əgər bu sizə sərfəli deyilsə, onda zəhmət olmasa şirkəti bağlayın, gedin şadlıq sarayı açın- orda adamları geninə-boluna aldatmaq üçün hər imkanlar var.
Xatırladım ki, mən uzun illərdən bəri dəyişməz olaraq eyni tarif planına qoşulmuşam- hər tərəfə 4 qəpik. Bu hazırda ölkədə ən ucuz danışıq tarifidir. Heç bir kampaniyaya heç vaxt qoşulmuram.
Yeri gəlmişkən, əvvəllər bu şirkət 1 manata 100 mqb internet trafiki verirdi, təxminən 1 il qabaq bunu 80 mqb-ə endirdi. Soruşaq cavab verin- bütün dünyada mobil danışıq və internet tarifləri davamlı olaraq ucuzlaşdığı halda siz niyə bahalaşdırırsınız ki?
Mənim balansımdan oğurladığınız 44 qəpiyi təcili geri qaytardıqdan sonra bu suallara cavablarınızı redaksiyaya və ya şəxsən mənə (elcin.az@mail.ru) göndərə bilərsiniz. Biz də oxuculara çatdıraq görsünlər nə deyirsiniz. Gözləyirik…
Elçin Bayramlı,
Azadinform.az
P.S.Yeri gəlişkən, Mia.az-ın poçtuna bu şirkətin rəhbər şəxsləri haqda olduqca diqqətçəkən bir neçə anonim şikayət məktubu da göndərilib. Bunların çoxu şəxsi həyatla bağlı olsa da, həmin əcnəbi rəhbər şəxslərin Azərbaycan mental dəyərləri və şirkətin vəsaitlərinə dırnaqarası baxmaları düşündürücüdür. Bu məlumatlarla bağlı araşdırma və dəqiqləşdirmələrimizi bitirdikdən sonra oxuculara təqdim edəcəyik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi