Nəsimi rayonunda Heydər Əliyevin xatirəsi yad edilib - Tədbir (FOTOLAR)

img

09-12-2015 [18:08]


Nəsimi rayon ictimaiyyətinin, qarabağ əlilləri, şəhid ailələri, Çernobıl faciəsi və 20 yanvar hadisələri iştirakçıları, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranlarının, rayonun dini icmalarının rəhbərlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehsan süfrəsi açılıb. 

Bu barədə Mia.az-a Rayon icra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müstəqil Azərbaycanın yaradıcısı, xalqımızın Ümümmilli Lideri Heydər Əliyev ideyalarının əbədi yaşayacağını, onun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətçiliyin daha da möhkəmlənməsi, ölkəmizin və xalqımızın tərəqqisi, birliyi naminə həyata keçirdiyi ardıcıl tədbirləri qeyd etmiş, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması sahəsində Heydər Əliyev Fondunun misilsiz fəaliyyətini xüsusi ilə vurğulamışdır.

Tədbirdəki çıxışlarda Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətindən bəhs edilərək, onun böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini – müstəqil, demokratik Azərbaycanı xalqımıza miras qoyulduğu bildirilmişdir. Dindarlar Ulu Öndərin əziz xatirəsini dualarla yad etmişlər. 

Nəzimi rayonunda Heydər Əliyevin xatirəsi yad edilir...
Nəzimi rayonunda Heydər Əliyevin xatirəsi yad edilir...
Nəzimi rayonunda Heydər Əliyevin xatirəsi yad edilir...
Nəzimi rayonunda Heydər Əliyevin xatirəsi yad edilir...
Nəzimi rayonunda Heydər Əliyevin xatirəsi yad edilir...


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA