07-12-2015 [13:16]
Şərqşünas alim, Birlik təşkilatının rəhbəri Vüsal Hətəmov Nardaranda baş verənlər proseslər ətrafında Mia.az-a müsahibə verib.
- Vüsal müəllim, son hadisələri necə dəyərləndirərdiniz?
- Acı da olsa, etiraf etməliyik ki, Nardaran hadisələridaha bir "vətəndaş qarşıdurması” adı ilə qara tarix yazıldı. Nardaran hadisələri ölkəni şoka saldı. Tolerantlıqdan, multikulturalizm ənənələrindən təqdimat nümunələrimiz az qala kölgə altına düşəcəkdi. Çox şükrlər olsun ki, təxribatın auditoriyası böyük olmadı. Əslində, buna çalışanlar da elə bunu istəyirdilər. Gah dini ziddiyyət kimi, gah da, Nardaran camaatının iradəsi ilə bağlamaq istədilər. Həm nardaranlılar, həm ölkə dindarları təxribata çəkilmədilər.
-Bunu xarici qüvvələrin dövlətimizə qarşı təxribat hadisəsi kimi dəyərləndirə bilərikmi?
- Nardaran hadisələrini xarici qüvvələrin ölkəmizə siyasi təzyiqi kimi dəyərləndirsək, məncə daha düz olar. Gənc dövlətimizin gələcək inkişaf perspektivlərindən narahat olan ölkələr, qüvvələr var. Təsəvvür edirsinizmi, ölkə başçısı paytaxtımızda İslam dini ilə bağlı beynəlxalq konfransda çıxış edir, bir saatdan sonra, paytaxt kəndində bu hadisələr baş verir. Sanki ölkə başçısının danışıqlarına kölgə salmaq məqsədi güdülürdü. Ona görə də hesab edirəm ki, əlaqədar orqanlar tərəfindən əməliyyatın təyinatı, icra şəraiti, mümkün versiya variantları araşdırılmalı günahkarlar cəzalandırılmalıdır. Ehtimal edirəm ki, baş verən qarşıdurmada üşüncü qüvvənin olması labüddür.
- Günahkarı niyə kənarda axtaraq? Bir halda ki, hadisə paytaxt kəndində baş verib.
- Qanlı hadisəsindən sonra proseslərin sona qədər gedişatı onu göstərirdi ki, Nardaran camaatı da, güc strukturları da hər hansı bir mənfi nəticələrdən çəkinirdi.
- Nədənsə hadisədə dindar faktorundan qaçmaq istəyirsiniz.
- Din mövzusu həssas mövzudur. Hansısa qarşıdurmanı birbaşa dinlə bağlamaq qeyri-obyektivlikdir. Ola bilər ki, dindar təxribat törətsin, amma bunu dinlə bağlamaq yox, həmin dindarın şəxsiyyəti ilə bağlamaq lazımdır.. Hadisələrin böyük masştabda böyümə təhlükəsi kimlərinsə qəsdən din fenomenini ortaya atması oldu. Əslində, dinimizə görə sabitlik mühüm amildir. Xüsusilə də hüquq mühafizəçilərinə qarşı.
- Axı ruhani Tale Bağırzadə özünü sıradan bir dindar kimi deyil, aktiv, siyasi ruhani kimi aparırdı.
- Əsl problem də ondadır ki, həssas məsələlərdə konstitusiya prinsipləri nəzərə alınmır. Əsasqanunumuza görə, din siyasətdən ayrıdır. Ruhani fəaliyyətlə məşğul olan şəxslər aktiv siyasi proseslərdə siyasi lider kimi iştirak edə bilməzlər. Buna görə də, siyasi işlərlə məşğul olmaq istəyən dindar ya qanuni siyasi təsisat yaratmalı, ya da ki, qnunvericiliklə icazə verilən hansısa siyasi qurumlara qoşulmalıdır. Ümumiyyətlə, qeyri-dini, qeyri-teokratik dövlətlərdə din siyasətlə qarışanda kimlərsə bundan sui-istifadə edir. Xarici ölkələr agentura şəbəkəsi yaradır, ölkə iqtidarı hansısa din adamını yaltaq əlaltı edə bilir. Buna görə də yaxşı olar ki, dindar dini ayinlərini siyasətə qarışdırmasın. Kimsə namaz qılmırsa, həmin şəxs dindar vətəndaşın sinfi düşməni ola bilməz. Dindar əxlaqı, əməlləri ilə siyasi ideyaya, liderə çevrilirsə, qanunlarımıza görə, ruhani fəaliyyətini qoymalıdır kənara. Amma dindən istifadə edib siyasi mühit yaratmaq dünyəvi dövlətlərdə mənfi nəticələr verir. Hansısa ruhani, ilahiyyatçı əgər özündə perpektivli siyasi potensial baza hiss edirsə, yolu budur ki, ruhani fəaliyyətini kənara qoysun və ondan sonra qoşulsun siyai proseslərə. Əks-təqdirdə atılan bütün addımlar inqilabi don adı alacaq.
- Gələcəkdə bu cür hadisələrin bir daha baş verməməsi üçün məsələnin həllini nədə görürsünüz?
- Mühüm problemlərdən biri də sosial problemlərdir. Nardaranda da bəs qədər sosial problemlər var. Əgər əhali kommunal borclarını verə bilmirsə və ya hansısa səbəblərdən vermək istəmirsə, demək, ciddi sosial problem var. Ölkədə sosial problemlər həll olunmayınca dövlətimiz siyasi poliqona çevriləcək, casuslar şəbəkəsi genişlənəcək. Bundan başqa təhsilin səviyyəsi bütün regionlarda nəzarətə götürülməlidir. Savadsız vətəndaş təbəqəsi xarici qüvvələr üçün münbit bazadır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi