04-12-2015 [20:41]
Dekabrın 2-də intihara cəhd ediən Quba Rayon İcra Hakimiyyəti Başçısının Xınalıq inzibati ərazi vahidi üzrə icra nümayəndəsi Füzuli Şərifovun vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Bu haqda Azadlıq Radiosuna Quba Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib.
Xəstəxanadan deyiblər ki, Şərifov el arasında "bit dərmanı” adlanan niafidol dərmanı içibmiş. O, Kliniki Tibbi Mərkəzə dekabrın 3-də sanitar helikopterlə həkim-toksikoloqun müşayiəti ilə gətirilib. Gələndə çox ağır vəziyyətdə olub.
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib ki, Füzuli Şərifov hazırda reanimasiyadadır: "Vəziyyəti hazırda çox ağır olaraq qalır. Reanimasiya bölməsindədir. Bir neçə gündür krizisdədir. Həkimlər əllərindən gələni edir. Bu gün konsilium olub. Krizisdən bir neçə sutkaya çıxmalıdır”.
Həkim deyir ki, Füzuli Şərifov özünü öldürmək üçün zəhər içib.
Bəs icra nümayəndəsi intihara niyə əl atıb?
Azər Maqsudov deyir ki, vəziyyəti ağır olduğundan hələ bu mövzuda onunla söhbət edə bilmir: "Bunu xəstə özünə gələndən sonra biləcək. Dediyinə görə, özünə qəsd məqsədi ilə zəhər içib. Bir neçə qurtum içib. İndi vəziyyəti kəskin ağırdır deyə bu mövzuda onunla çox söhbət edə bilmirəm. Ona görə ki, boğazında yanıq var, səsi çox zəif gəlir. Ancaq sonra psixiatrı dəvət edəcəyik, onunla söhbət eləsin və məsələ aydınlaşsın”.
Bu vəziyyətdə olan xəstələri həyata qaytarmaq mümkündürmü?
Azər Maqsudov deyir ki, ilk növbədə o, krizisdən çıxmalıdır: "Ondan sonra vəziyyəti haqqında proqnoz veriləcək”.
Yerli media Füzuli Şərifovun borc üstündə intihar etdiyini bildirir. Yaxınları isə onun səhvən dərman içdiyini deyib. Onu tanıyanlar icra nümayəndəsinin aldığı maaşla və həyətyanı təsərrüfatı ilə dolandığını bildirirlər. Həmkarları da Şərifovun intihar səbəbi barədə məlumatsız olduqlarını söyləyirlər.
Bunu Quba Rayon İcra Hakimiyyəti informasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi Qoşqar Həsənov deyir: "İntihara cəhddir. Bilirik ki, bit dərmanı içib. Səbəbini isə bilmirik. Bu, hələ araşdırılır”.
İcra hakimiyyətinin əməkdaşı Füzuli Şərifovun yaşayışı, psixoloji durumu haqqında məlumatsız olduğunu dedi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi