03-12-2015 [19:35]
"Əvvəlki günlərdə olduğu kimi Nardaranda gecə və gündüz əməliyyatlar davam edir. Kənddəki postların sayı artırılıb. Demək olar ki, hər küçənin girişində polis postu var”.
Mia.az xəbər verir ki, bu fikirləri Anspress-ə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov deyib. Onun sözlərinə görə, qurulan postlarda vətəndaşların sənədləri yoxlanılır və giriş-çıxış üçün icazə verilir:
N.Kərimov deyir ki, hazırda kənddə yoxlamalar davam edir. Saxlanılan şəxslərin də çoxu dindirildikdən sonra buraxılır.
Bundan başqa, kəndə polislərin dincəlməsi üçün çadırlar da gətirilib: "Yəqin ki, polis əməkdaşları Nardaranda çox qalacaq. Onların burda olmasının bizim üçün heç bir problemi yoxdur”.
Kəndin girişində hərəkəti məhdudlaşdıran beton plitələr qoyulub. Buna səbəb isə yoxlamanı daha asan həyata keçirməkdir.
Natiq Kərimov kənddə silah-sursat aşkarlanmasına da münasibət bildirib:
"Kənddən silah-sursat nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov da kənddə olarkən bildirdi ki, kimdə silah varsa bir qırağa atsın və polisə məlumat versin. Hüquq-mühafizə orqanı əməkdaşları bütün silah-sursatı aşkar etməmiş kənddən getməyəcək. Mən özüm də kənd sakinlərinə tapşırmışam ki, kimdə silah-sursat varsa müvafiq şəxslərə məlumat versin".
Kəndin isə hazırda ən böyük problemi elektrik enerjisi ilə bağlıdır. Belə ki, 26 noyabrdakı əməliyyatdan sonra kəsilən elektrik enerjisi bərpa olunmayıb. Bu problem sakinləri çox narahat edir:
"Əgər enerji verilsə sakinlər də öz evlərinə yığışar. Ancaq bu problem hələ də həll edilməyib. Ailələr odun sobasından istifadə edir və bütün ailə qızınmaq üçün bir sobanın ətrafına cəmlənir".
Elektrik enerjisinin verilib-verilməyəcəyi ilə bağlı suala "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin cavabı çox qısa olub: "Onlar elektrik enerjisinə görə yaranan borclarını verdilər?".
Qurum rəsmisi başqa açıqlama verməkdən imtina edib.
Xatırladaq ki, Nardaranda keçirilən xüsusi əməliyyat Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir və onun gedişi mütəmadi məruzə olunur.



Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi