30-11-2015 [16:10]
Bakıda növbəti dəfə "BakuBus”ın sürücüsü sərnişin tərəfindən döyülüb.
Bunu "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, hadisə metronun "İçərişəhər" stansiyasına çatmamış Şeyx Şamil küçəsindəki dayanacaqda baş verib.
Hadisənin təfərrüatlarına gəlincə: "Bizim avtobus həmin dayanacaqda dayanıb və sərnişinlər enib-mindikdən sonra avtobus qapıları bağlayaraq hərəkət edib. Az sonra sonra işıqforda yaşıl işığın yanmağını görüb yenə bir neçə saniyəlik gözləmək üçün dayanıb. Bu zaman bir qadın sərnişin qapıları açmağı xahiş edib. Lakin sürücü dayanacaqdan kənar saxlamağın qadağan olunduğunu bildirərək qapıları açmayıb və həmin qadın da avtobusa minə bilməyib.
Bu vaxt avtobusun salonunda olan bir gənc kişi sərnişin məsələyə müdaxilə edərək sürücüyə qarşı kobud ifadələr işlədərək ondan qapını açmağı tələb edib. Sürücü bunun mümkün olmayacağını deyəndə isə sərnişin qəzəbli şəkildə sürücüyə yaxınlaşıb. Sürücülərin növbə dəyişmək vaxtı olduğu üçün həmin an orada olan Oqtay Novruzov adlı digər sürücü sərnişininin sükan arxasında olan sürücünün mübahisəsinin qəzaya səbəb ola biləcəyindən ehtiyat edərək mübahisəyə müdaxilə edib və sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb.
Lakin izahla razılaşmayan qəzəbli sərnişin Oqtaya qəfildən zərbələr endirməyə başlayıb və ona ciddi xəsarət yetirib. Bu zaman avtobusda mülki geyimdə olan iki polis əməkdaşı hadisəyə müdaxilə edərək sərnişini saxlayıb və o, polis bölməsinə aparılıb. Bizimlə çalışdığı müddətdə həmişə yüksək mədəniyyət və peşəkarlıq nümayiş etdirən, 5 uşaq atası, evinin bütün yükünü çiyinlərində daşıyan sürücü isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub”.
Nuridə Allahyarova eyni zamanda "BakuBus” adından sərnişinlərə yenidən xəbərdarlıq edib: "Bu şəhərin nəqliyyat infrastrukturu yenilənir. Siz xidmət istədiniz, biz də onun ən keyfiyyətlisini təqdim edirik. Siz qayda istədiniz, biz o qaydaları tətbiq edirik. Siz mədəni və humanist sürücü istədiniz, biz o sürücülərlə hər həftə təlim keçirik. Siz nə istədinizsə, biz etdik. Bizim istəyimiz, sadəcə, budur ki, qaydalara riayət etməyi tələb edərkən öz öhdəliyinizi də unutmayın. Bu gecə o sürücünün ailəsi, övladları onsuz gecələdi. Amma bundan daha pis ola bilərdi. O zaman həmin sərnişin 5 uşağın və gözüyaşlı qadının gözünün içinə baxa biləcəkdimi? Bizim üçün vacib olan təkcə sərnişin məmnunluğu və onların təhlükəsizliyidir.
Bir daha bildiririk ki, "BakuBus" avtobuslarında sürücülərə tapşırılıb ki, sərnişinlərin dayanacaqdan kənar saxlamaqla bağlı heç bir xahişi və tələbi yerinə yetirilməsin. Avtobusun daxilində, salonunda baş verən bütün hadisələr nəzarət kameraları ilə izlənilir və qeydə alınır. Əgər sürücü qaydalara riayət etməzsə, onun işdən azad edilməsinədək ən sərt tədbirlər həyata keçirilir”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi