“Baltik Open-2015” Döyüş Növləri Olimpiadası keçirilib

img

25-11-2015 [15:56]


Latviyanın paytaxtı Riqada "Baltik Open-2015” Döyüş Növləri Olimpiadası keçirilib. 

Bu yarışda Azərbaycan Kempoçuları, "Toğrul"İK da idmançıları sərbəst döyüş , mma və K-1 idman növlərində qüvvələrini sınayıblar. Azərbaycan idmançıları Musa Abdullayev və Elsəvər Puri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Digər idmançılarımız Arzu Eyvazova, Murad Nəsirov, Nəvai Əlizadə və Anar Əsgərov ikinci yeri tutublar. Azərbaycan komandasının rəhbəri Vasif Namazov Beynəlxalq Döyüş Növləri Olimpiadası Komitəsi tərəfindən ən yaxşı komanda heyəti üçün təsis edilmiş diplom və medalla təltif olunub. Azərbaycan Respublikasının Latviyadakı səfiri Elman Zeynalov yarışlardan sonra idmançılarla görüşüb və onları qazandıqları nailiyyət münasibətilə təbrik edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA