25-11-2015 [13:30]
Yevlaxda evə basqın edən quldur dəstə saxlanılıb.
Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Elgün Vaqifoğlu Cəfərov, Çingiz İsgəndər oğlu Mahmudov, Nadir İsaxan oğlu Babayev və Elvin Şahin oğlu Şahverdiyev saxlanılıblar.
Bir araya gələn dəstə üzvləri özgənin əmlakını müsadirə etmək məqsədilə Yevlax şəhəri Şah İsmayıl Xətai küçəsi, 16 saylı evdə yaşayan Nazlı Ərşad qızı Bayramovanın yaşadığı evə basqın ediblər. Sayğacdan cərəyanı ayıraraq evə verilən elektrik enerjisini dayandıran qrup üzvləri hasardan həyətə keçiblər.
Dəstə üzvləri içəri daxil olaraq evin sahibi Nazlı Bayramovanın əl-ayağını və ağzını yapışqan lentlə bağlayıblar. Daha sonra ev sahibindən pul tələb ediblər. Quldurlar 800 manat məbləğində nəğd pul və qızıl-zinət əşyalarını da götürərək evi tərk edərkən növbəti cinayət hadisəsini törədiblər.
"Bunlar cinayəti törədib qaçıb gedərkən həmin küçənin sakini Abdullayev Rəhim Kərim oğlu ilə Cəfərov Elgün Vaqif oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı quldurluq cinayətində istifadə etdiyi bıçaqla onun qarın nahiyəsinə bir dəfə vuraraq ağır bədən xəsarəti yetirmişdir”, - deyə, Yevlax şəhər Polis Şöbəsinin İstintaq bölməsininrəisi Siyavuş Sadıqov bildirib.
Dindirilmə zamanı cinayətkarlar törətdikləri əməlləri etiraf ediblər. Hətta saxlanılan Çingiz Mahmudov evi qarət edərkən Nazlı Bayramovadan halallıq da almağa çalışıb.
Çingiz Mahmudov - saxlanılan şəxs: "uşaqlar çıxdılar çölə, mən qaldım. Gördüm ki, qadın ağlayır, dedim ki, bağışla, halal elə. Dedi ki, halalın olsun".
Hazırda faktla bağlı cinayət işi başlanılıb. İndi onların digər cinayət əməllərində iştirak edib-etməmələri araşdırılır (Region TV).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi