"...mənəviyyat sahəsində də islahatlar gedir" - İcra başçısı (FOTOLAR)

img

21-11-2015 [11:43]


 "Ölkədə digər sahələrdə olduğu kimi mənəviyyat sahəsində də islahatlar gedir".

Mia.az xəbər verir ki, bu sözləri "Fairmont Baku" otelində Səbail Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə təşkil olunmuş YAP-ın yaranmasının 23-cü ildönümünə həsr olunan konfransda icra başçısı Eldar Əzizov deyib. O, öz çıxışında bildirib ki, YAP-ın amalı xalqa, vətənə, dövlətə sədaqətlə qulluq etməkdir. 

İcra başçısı son günlərdə baş verən hadisələrə toxunaraq qeyd edib ki, bu hadisələri müəyyən səviyyədə ölkədə mənəviyyat sahəsində islahatlar kimi də qiymətləndirmək olar: "Bu gün birmənalı surətdə sübut olunub ki, cəmiyyətimiz daxili təmizlənməyə qadirdir. Xalqla iqtidar arasında birgə məlumatlandırma və anlaşma var. Bu da iqtidar ilə xalq arasında birliyin reallığıdır".

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev çıxış edərək partiyanın yaradılması zərurətindən danışıb.

Tədbirdə çıxış edən YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova, YAP idarə heyətinin üzvü Eldar İbrahimov, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova və başqaları müasir Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin qorunmasında rolundan danışıblar. 





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA