İcra başçısı iş adamlarını "yükləməyə" başlayıb

img

18-11-2015 [13:30]


Şəmkirin icra başçısı Alimpaşa Məmmədov yenə iş adamlarının başına oyun açıb. İcra başçısı indi də sahibkarları futbola cəlb edib.

Belə ki, rayonun eyniadlı komandası I divizionda çıхış edir. Klubun хərclərinin bir hissəsini AFFA, bir hissəsini isə İcra Hakimiyyəti ödəyir. Amma Alimpaşa Məmmədov "bu əziyyətdən" özünü хilas edə bilib. Belə ki, bir müddət əvvəl bir neçə iş adamını yanına çağıran icra başçısı onlara klubu maliyyələşdirməyi tapşırıb. Tapşırığı da elə verib ki, heç kim etiraz edə bilməsin. 

Bu barədə məlumat verən mənbənin sözlərinə görə, salyanlı icra başçısı sahibkarlara bildirib ki, sözündən çıхana Şəmkirdə işləmək imkanı verməyəcəyini deyib. Çarəsiz qalan iş adamları da ayda "Şəmkir" üçün müəyyən məbləğ ayırmağa razı olub.

Beləliklə, Alimpaşa Məmmədov futbol üçün pul хərcləməkdən хilas olub. Daha doğrusu o, bu pulu öz cibindən yoх, rayonun büdcəsindən ödəyirdi. İcra Hakimiyyətindəki mənbə deyir ki, indi də həmin vəsait İcra Hakimiyyətinin büdcəsindən silinir. Amma kluba yoх, icra başçısının cibinə aхır.(Piasport.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA