"İmperator" Azərbaycana gələcək

img

16-11-2015 [10:10]


Türkiyə yığmasının baş məşqçisi, "İmperator" ləqəbli  Fatih Terim Azərbaycana gəlməyə hazırlaşır. 

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, tanınmış mütəxəssisin səfəri bu həftəyə nəzərdə tutulub.
 
Yoldaşlıq görüşü çərçivəsində Qətər üzərində (2:1) qələbə qazanan "ay-ulduzlular” sabah Yunanıstanı qəbul edəcək. Yerli KİV məhz həmin qarşılaşmadan sonra Terimin Azərbaycana səfər edəcəyini yazıb. Xəbərdə onun ölkəmizə bir açılış üçün təşrif buyuracağı da vurğulanıb.
 
Qeyd edək ki, Fatih Terimin rəhbərliyi altında Türkiyə yığması 2006-cı ildə Bakıya gəlmiş və millimizlə yoldaşlıq görüşü (1:1) keçirmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA