Obama Antalyada, G20 sammiti başlayır (FOTO)

img

15-11-2015 [11:40]


ABŞ prezidenti Barak Obama "Böyük İyirmiliyin” (G20) sammitinə qatılmaq üçün Antalyaya gəlib.
 
BAKU.WS-in məlumatına görə, Antalya havalımanında Obamanı Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Antalya valisi Muammer Türker, Böyükşəhər Bələdiyyə başçısı Menderes Türeli və digər rəsmilər qarşılayıb.

Obamanın gəlişindən dərhal sonra limuzinə minərək yerləşəcəyi otelə doğru hərəkət edib. ABŞ prezidenti Obamanın gəlişi səbəbiylə təhlükəsizlik tədbirləri görülüb. 

Obamanın G20 Liderlər Zirvəsi çərçivəsində prezident Rəcəb Tayyib Ərdoğanla ayrıca ikitərəfli görüş və mətbuat konfransı keçirəcəyi gözlənilir. 
 
Qeyd edək ki, bu gün Türkiyənin Antalya şəhərində "Böyük iyirmilik” (G20) ölkələrinin liderlərinin sammiti öz işinə başlayır. İki gün davam edəcək sammitin gündəliyinə qlobal iqtisadi məsələlər, terrorla mübarizə, qaçqınlara yardım və miqrasiya problemləri kimi məsələlər daxil edilib. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA