"Qalatasaray", "Real"... - Bu gün Çempionlar liqasının oyunları olacaq +Qruplar

img

03-11-2015 [10:43]


Bu gün futbol üzrə Çempionlar Liqasının IV turuna start veriləcək. "Report"un məlumatına görə, bu gecə 8 qarşılaşma keçiriləcək.

Türkiyənin "Qalatasaray" klubu Portuqaliyada "Benfika"nın qonağı olacaq. Hazırda qrupda 2-ci pillədə qərarlaşan İstanbul təmsilçisi mövqeyini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Məğlub olacağı təqdirdə "sarı-qırmızılar" işlərini daha da çətinə salacaqlar. C qrupunun digər oyununda isə İspaniya "Atletiko"su Qazaxıstanın "Astana" klubunun qonağı olacaq.

Gecənin mərkəzi görüşü İspaniyada keçiriləcək. "Real Madrid" doğma azarkeşlər önündə Fransa PSJ-sini qəbul edəcək. Qrupun favorit komandaları hazırda liderlik mövqeyi uğrunda mübarizə aparırlar. A qrupunun digər görüşünda isə Ukrayna "Şaxtyor"u ilə İsveç "Malmö"sü qarşılaşacaq.

Çempionlar Liqası, qrup mərhələsi

A qrupu

23:45. "Real Madrid" (İspaniya) - PSJ (Fransa)
23:45. "Şaxtyor" (Ukrayna) - "Malmö" (İsveç)
Xal durumu: "Real Madrid" - 7. PSJ - 7. "Malmö" - 3. "Şaxtyor" - 0.

B qrupu

23:45. "Mançester Yunayted" (İngiltərə) - ÇSKA (Rusiya)
23:45. PSV (Hollandiya) - "Volfsburq" (Almaniya)

Xal durumu: "Volfsburq" - 6. "Mançester Yunayted" - 4. ÇSKA - 4. PSV - 0.

C qrupu

19:00. "Astana" (Qazaxıstan) - "Atletiko" (İspaniya)
23:45. "Benfika" (Portuqaliya) - "Qalatasaray" (Türkiyə)

Xal durumu: "Atletiko" - 6. "Benfika" - 6. "Qalatasaray" - 4. "Astana" - 1.
D qrupu

23:45. "Borussiya" (Münxenqladbax, Almaniya) - "Yuventus" (İtaliya)
23:45. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

Xal durumu: "Yuventus" - 7. "Mançester Siti" - 6. "Sevilya" - 3. "Borussiya" - 1.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA