02-11-2015 [20:29]
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş polis rəisi Anar Şıxaliyev ifadə verib. O, ifadəsində təqsirləndirilən şəxslərin heç birini tanımadığını bildirib: "Dostum Ələddinin "Mercedes Galenvagen” markalı avtomobili məndə idi. Ayna Sultanova tərəfə gedirdim. Getdiyim yerdə bir "Niva”, bir də "Opel” markalı avtomobil qarşımı kəsdi. Maşına hücum etdilər. Beysbol çubuqları ilə maşına vurmağa başladılar. Şoka düşmüşdüm. Şüşələri qırdılar. İki nəfər mənə 3 bıçaq xəsarəti vurdu. Sonra hadisə yerindən qaçdılar. Bıçaq zərbələri qoluma, kürəyimə dəymişdi. Sonradan araşdırdım, bu şəxslər məni kiminləsə səhv salıb, bu əməli ediblər. Burdakı şəxslərdən biri (Ceyhun Niftəliyevi göstərərək) mənə bıçaq vurub. O, biri bıçaq vuran yoxdur. Şikayətçi deyiləm. Nə şikayətim var, nə də tələbim. Məni başqası ilə səhv salıblar”.
Polis polkovnikindən sonra digər zərərçəkən şəxs Ələddin Qədirov ifadə verib. O, ifadəsində "Mercedes Galenvagen” markalı avtomobilin sahibi olduğunu bildirib: "Həmin gün maşını dostum Anara vermişdim. Sonra bu hadisənin olduğunu eşitdim, pis oldum”.
Zərərçəkən Ələddin Qədirov təqsirləndirilən şəxslərdən heç birini tanımadığını bildirib: "Birinci dəfə görürəm. Bir neçə gün öncə Xəyal Qəhrəmanovla (təqsirləndirilən Ələkbər Qəhrəmanovun qardaşı) mübahisəmiz olub. Mübahisəmiz maşın alış-verişi üstündə olub. Bir maşın vardı, Xəyala dedim ki, alma. O, isə mənim sözümə qulaq asmayıb, aldı. Sonra maşında problem oldu. Belə Xəyalla münasibətimiz olmayıb, deyirəm də, sadəcə maşın alış-verişi olub. Orda elə danışdıq ki, normal ayrıldıq. Belə şeylərin olacağına inanmırdım. Maşını Anara verəndə heç ağlıma gəlməzdi ki, belə bir şey olar. Avtomobilimi Anara etibarnamə ilə vermişəm. Sonradan həmin maşın satılıb”.
Ələddin Qədirov avtomobilə 400-500 manat dəyərində ziyan dəydiyini bildirib. "Dəymiş ziyan ödənilib. Qardaşım maşını təmir etdirib. Heç bir şikayətim və tələbim yoxdur”.
Məhkəmə prosesində təqsirləndirilən şəxslərdən Ələkbər Qəhrəmanov ifadə verib.
O, ifadəsində özünü qismən təqsirli bilinib: "Mənim cinayətim yalnız şüşə sındırmaq olub. Digər ittihamların heç birini qəbul etmirəm. Hadisə günü yolda dayanmışdıq. Qardaşım dedi ki, problem olub. Getdik. Yol gedirdik. Qabağımızda "Mercedes Galenvagen” markalı maşın gedirdi. Qabağını kəsdik. Mən Nurlan, Anar bir maşındaydıq. Nurlan maşından düşmədi. Anarla mən düşdüm. Maşının arxasında beysbol dəyənəklərini götürdük. Mən orda sol şüşəyə çubuqla zərbələr endirdim, qardaşım Xəyal vurub. Orda ondan başqa heç kimin bıçağı yox idi. Maşında beysbol çubuqlarını saxlamağımızın məqsədi özümüzü qorumaq olub. Biz ora söhbət eləməyə getmişdik, bu hadisə oldu. Söhbət edib, problemlərimiz həll edəcəkdik”.
Təqsirləndirilən şəxs hadisədən sonra xəsarət yetirdikləri şəxsin polis rəisi Anar Şıxaliyev olduğunu bilib: "Bizim söhbətimiz başqa adamla olub. Hadisədən xeyli sonra bilmişik ki, bu şəxs polisdir. Ona görə qaçıb gizlənmişik. Uşaqlarla danışdıq ki, başımız böyük zibilə düşüb. Hamımız qaçıb gizləndik. Əlaqələrimizi kəsdik. Mən bir neçə ay Nabranda ayrı-ayrı evlərdə gizləndim. Sonradan Bakıya gəldim. Bilirdim ki, axtarışdayıq. Ev tərəfə getmirdim. Bir qız tanışım vardı, onun yanında qalırdım. Bir gün gecə evə gələndə blokun ağzında bir neçə mülkü geyimli polis əməkdaşı məni tutdu. Üstümdə axtarış elədilər. Özümü qorumaq üçün bıçaq gəzdirirdim. Onu götürdülər. Heç bir hal şahidi olmayıb. Sonra məni "Bandotdel”ə gətirdilər".
Təqsirləndirilən Ələkbər Qəhrəmanov ona verilən narkotik maddə ittihamının sonradan üstünə qoyulduğunu bildirib: "Mən indiyə qədər heç zaman narkotik maddə istifadə eləməmişəm. Sonradan dedilər ki, sənin üstündə 5 qram narkotik maddə var. Halbuki nə məni tutanda, nə də sonra üzərimdə narkotik olmayıb. Mənim cinayətim ancaq şüşə qırmaq olub”.
Məhkəmə prosesi noyabrın 4-də davam edəcək.
Qeyd edək ki, hadisə keçən il iyunun 20-ə keçən gecə "Xutor" qəsəbəsində qeydə alınıb. Polis rəisi dostuna məxsus "Mercedes Galеnvagen” markalı avtomobili idarə edərkən naməlum şəxslər "Niva” və "Opel" markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər. Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə "Mercedes Galеnvagen”in bütün şüşələrinin sındırıb. Buna etiraz edən Şıxaliyev isə bıçaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən 3 xəsarət yetirilib.
Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ələkbər Qəhrəmanov, Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov adlı şəxslər tərəfindən törədildiyi məlum olub.
Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər. Onlardan Xəyal Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb./lent.az/
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi