02-11-2015 [17:04]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaranmasının 70 illiyinə həsr olunan "Akademik Elm Həftəliyi – 2015” beynəlxalq multidisiplinar forum öz işinə başlayıb.
AMEA-dan Mia.az-a verilən məlumata görə, Rəyasət Heyətində keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş nitqi ilə çıxış edib və yaxın günlərdə Akademiyanın yaranmasının 70 illik yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb.
Ölkə prezidenti İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında" 14 mart 2014-cü il tarixli Sərəncamını xatırladan AMEA rəhbəri qeyd edib ki, Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkil etdiyi bu tədbir AMEA-nın 70 illiyinə böyük töhfədir.
Akademik Akif Əlizadə vurğulayıb ki, forum digər ənənəvi tədbirlərdən fərqlənir. Tədbir çərçivəsində interaktiv müzakirələr təşkil olunacaq ki, bu da Akademiyada ilk dəfə keçirilir. Məqsəd respublikada fəaliyyət göstərən elmi-tədqiqat və təhsil müəssisələri, müvafiq nazirliklər, elmin inkişafına dəstək verən fondlar, sahibkarlıq subyektləri və media nümayəndələrini bir araya gətirmək, onlarla müştərək, faydalı əməkdaşlığa nail olmaqdır. Müzakirə üçün olduqca aktual olan "Akademik startaplar: nəyi nailiyyət hesab edək?”, "Elmin inkişafında mövcud fondların rolu”, İnnovativ ideyalar və perspektivlər” kimi mövzuların seçilməsi və bu prosesə ölkəmizin tanınmış elm, ictimaiyyət və KİV nümayəndələrinin cəlb olunması xüsusi qeyd edilməlidir.
AMEA rəhbəri bildirib ki, forum çərçivəsində, həmçinin indiki dövrdə xüsusi əhəmiyyət kəsb edən multidisiplinar elmi prioritet istiqamətlər üzrə beynəlxalq səviyyəli müzakirələrin təşkili və gənclərin bu diskusiyalarda fəal iştirakını təmin etmək məqsədilə beynəlxalq konfrans keçiriləcək.
Tədbirdə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov çıxış edib. Akademik AMEA-nın 70 illik yubiley tədbirinə hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini deyib. Bildirilib ki, ölkə başçısı İlham Əliyevin elmə və təhsilə ayırdığı diqqətin son illər bu sahələrin inkişafına töhfə verir. Akademik Akif Əlizadənin rəhbərliyi ilə həyata keçirilən islahatlar elmin inkişafına müsbət təsir göstərir. A.Məhərrəmov AMEA prezidentinin gənclərə qayğısını, elmin gəncləşdirilməsi siyasətinə diqqətinin yüksək dəyərləndirildiyini əlavə edib.
Sonra çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru Ədalət Muradov GAMŞ-ın təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirin əhəmiyyətindən danışıb. Rektor bildirib ki, son illər Akademiyada həyata keçirilən islahatlar, xüsusilə, AMEA-nın gənclər siyasəti Azərbaycan elminin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. Rəhbərlik etdiyi qurumun AMEA ilə sıx əməkdaşlıq etdiyini deyən M.Musayev müasir qloballaşma şəraitində ölkədə sahibkarlıq mühiti və subyektlərinin potensial imkanlarının düzgün qiymətləndirilməsi, həmçinin iş adamları üçün müvafiq ixtisaslaşmanın aparılması və təkmilləşdirilməsi istiqamətində elmi proqramların təklif olunmasının əhəmiyyətindən danışıb.
Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxışında qeyd edib ki, "Akademik Elm həftəliyi-2015” multidisiplinar forumun keçirilməsinin əsas məqsədi gənc alim və mütəxəssislərin intellektual səviyyəsinin yüksəldilməsinə, onların beynəlxalq əməkdaşlığına dəstək verməkdir. Forumun ilk iş günündə interaktiv müzakirə təşkil etməyin məqsədəuyğun hesab olunduğunu vurğulayıb. Qeyd edib ki, bu müzakirəyə ilk növbədə Akademiya gəncləri üçün maraq doğuran prioritet mövzular seçilib.
F.Salmanov əlavə edib ki, forumun ikinci iş günündə keçiriləcək beynəlxalq konfransda isə 22 ölkədən 300-ə yaxın gənc alim və mütəxəssis iştirak edəcək. Alim noyabrın 3-ü və 4-də baş tutacaq seksiya iclaslarında ümumilikdə 150 məruzə dinləniləcəyini bildirib.
Forum panel müzakirələrlə öz işini davam edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi