Kəlbəcər köçkünündən Əli Həsənova şok müraciət – FOTOLAR

img

27-10-2015 [17:25]


Gəncə şəhər Televiziya və Radio Yayım Fondunun anbarında uçuq-sökük bir daxmada yaşayan və hələ də normal mənzillə təmin olunmadığını deyən Nəsibə Musayeva Baş nazirin müavini Əli Həsənova müraciət edib.

Arqument.Az-a danışan şikayətçi bildirir ki, hər il yağan güclü yağış onların məskunlaşdığı tikiliyə ciddi zərər vurur. Məcburi köçkün ailənin mənzil kimi istifadə etdikləri daxma isə sel suları ilə dolub.

Nəsibə Musayeva deyir ki, 17 ildir bu vəziyyətdə yaşayırlar.

Şikayətçi bildirir ki, bununla bağlı Qaçqınkoma, Kəlbəcər rayon İcra Hakimiyyətinə və Göygöl rayon İcra Hakimiyyətinə müraciət etsələr də, təəssüflər olsun ki, heç bir tədbir görülmür.

İki azyaşlı uşağı olan xanımın həyat yoldaşı sürücü işləyir. Artıq özünün asma xəstəliyinə tutulduğunu deyən şikayətçinin sözlərinə görə iki azyaşlı uşağı da hər dəfə xəstəxanalıq olur.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA