Eldar Mahmudovun göydələnlərinin tikintisi dayandırıldı – FOTOLAR

img

27-10-2015 [17:07]


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məxsus göydələnlərin tikintisi dayandırılıb.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, nazir işdən çıxarılandan sonra Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində "Kristal MMC” tərəfindən ucaldılan çoxmərtəbəli binalarda işlər saxlanılıb. Müştərilərə çox cəlbedici ipoteka şərtləriylə satılan balarda hazırda heç bir tikinti işləri aparılmır.

Qeyd edək ki, yalnız Beynəlxalq Bankla işləyən "Kristal” tikinti şirkətinin MTN-in keçmiş rəhbəri Eldar Mahmudova məxsusluğu bildirilirdi. Bu şirkət Bakının müxtəlif ərazilərində bahalı hündürmərtəbələr tikirdi.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA