26-10-2015 [23:11]
119 saylı Ağdam kənd Seçki Dairəsindən deputatlığa namizəd Xəqani Səfər oğlu Cəfərov seçicilərlə görüşlərini davam etdirir.
Namizədin Seçki Qərargahından Mia.az-a verilən məlumata görə, dairə üzrə bütün kəndlərin sakinləri ilə intensiv təbliğat işləri aparılır. Hətta elə kəndlər var ki, təbliğata start veriləndən bu günə qədər həmin kəndlərdə 2-3 dəfə izdihamlı görüşlər baş tutub.
Belə görüşlərdən biri də bu gün Ağdamın kəndlərində keçirilib. Gəncləri ətrafına toplayan Xəqani Cəfərov onlarla platforması, görəcəyi işlər, seçicilərin hüquqları və sair mövzu ətrafında söhbət aparıb. Sual-cavab kontekstində davam edən görüş həddən artıq səmimi şəraitdə keçib: "Gənclər Xəqani Cəfərova söz veriblər ki, var gücləri ilə bundan sonra da onun qələbəsinə çalışacaqlalr. Eyni zamanda, təbliğat və təşviqat prosesində bundan sonra seçicidən daha çox, qərargah üzvləri kimi aktiv iştirak edəcəklər".
Əslən Ağdamlı olan, əhalinin və kəndlərin bütün problemini əzbər bildiyini, bir sıra ağrı-acıları seçiciləri ilə birlikdə yaşadığını xüsusi vurğulayan Xəqani Cəfərov səmimi görüş üçün gənclərə təşəkkür edib və onlları bir daha fəal olmağa səsləyib.
Məlumatda o da bildirilir ki, namizəd bu gün bir sıra kəndlərdə evlərə baş çəkərək, seçicilərlə uğurlu fərdi söhbətlər aparıb, onların seçkiyə inamını artırıb. Namizəd, həmçinin Xındırıstan və Ergi kəndində əhali ilə, Quzanlı qəsəbəsində isə gənclərlə görüş keçirib. Görüşdə iştirak edən Ağdam sakinləri ilə namizəd arasında qarşılıqlı fikir mübadiləsi aparılıb. Xəqani Cəfərov seçiciləri maraqlandıran sualları cavablandırıb, həm ölkə, həm də regionun problemlərinin həlli ilə bağlı düşüncələrini bölüşüb. Namizəd deputat seçiləcəyi təqdirdə görmək istədiyi və planlaşdırdığı layihələr barədə məlumat verib.
Yeri gəlmişkən onu da qeyd edək ki, 2 gün əvvəl Ağcabədinin Avşar, Aşağı Avşar, Şənlik, Taynaq, Sarıcalı, Yeni Qaradolaq, Hüsülü, Pərioğular,Yuxarı Qayamdınlı, Qaravəlli, Salmanbəyli, Hindarx, Təzəkənd, Boyat, Poladlı və Ağcabədi şəhərindən olan iki yüzdən artıq nüfuzlu ziyalı, seyid ocaqlarının təmsilçiləri də Xəqani Cəfərova dəstək müraciəti yayıblar.
Həmin dəstək müraciətində deyilir:
"Biz Xəqani Cəfərovu Qarabağa və qarabağlılara bağlı, onlarn dərdi ilə yaşayan insan kimi tanıyırıq. Xəqani Cəfərov Qarabağın hər bir rayonun, hər bir kəndinin problemlərini öz dərdi kimi qəbul edən, onun həlli üçün daima çalışan insandır. Biz həmişə onu çətin günümüzdə yanımızda, bizimlə birgə görmüşük. Xəqani Cəfərov Qarabağın və qarabağlıların problemlərini siyasi alverə çevirməyən azsaylı ziyalılardan biri olduğu kimi, həmyerlilərinin problemlərini özünün şəxsi maraqlarından önə keçirən bir insandır.
Biz Sizlərə müraciət edərək, 01 noyabr 2015-ci ildə keçiriləcək səsvermədə Xəqani Cəfərovu dəstəkləməyə, ona səs verməyə çağırırıq. İnanrıq ki, Xəqani Cəfərovun Mili Məclisdə təmsil olunması Ağdamlılar kimi Ağcabədlilərin də maraqlarına uyğundur. Bizim də Xəqani Cəfərova səs vermək imkanımız olsaydı bir nəhər kimi hamımız onu dəstəkləyərdik. Belə bir imkanın olmamasına görə ümidimiz Sizləridir. Ağdamlılarla yanaşı Ağcabədililərin də namizədi olan Xəqani Cəfərova səs verin və bizləri Milli Məclisdə layiqli insanın təmsil olunmasına nail olun. Allahdan Sizlərə bu yolda güc, Xəqani Cəfərova uğur diləyirik. Ümüdvarıq ki, bizm çağrışımıza etinasız qalmayacaq, seçki günü səsvermədə yekdilik nümayiş etdirəcəksiniz".




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi