“Solfeggio Lounge&Club” kampaniya keçirib

img

26-10-2015 [15:45]


"Solfeggio Lounge&Club” çox önəmli bir kompaniya keçirib. Klub rəhbərliyi və kollektivin təşəbbüsü ilə cəmiyətimizdən uzaq qalan, ictimai fəaliyyətlərə qatılmayan insanlarımıza bu problemlərini aşmaq üçün yardım göstərilməsi qərara alınıb.

İlk belə bir tədbir Mərdəkandakı "Əqli və fiziki cəhətdən əngəlli uşaq evi” ndə keçirilib.Uşaqlar oradan kluba gətirilib və onlara unudulmaz əyləncəli gün keçirmələrinə şərait yaradılıb.”Solfeggio Lounge&Club”çular da uşaqlarla bərabər əyləniblər.

Tədbirin sonunda qonaqlara hədiyyələr verilib. Klub rəhbərliyi belə hesab edir ki,bu cür tədbirlər uşaqların cəmiyyətə adaptasiya olmasına, özlərini bizlərdən biri kimi hiss etməsinə yardımçı olacaq:
"Hamımızı Allah yaradıb, kimsə başına nə gələcəyini öncədən bilə bilməz. Odur ki, əngəlli uşaqlara sahib çıxmalıyıq".

Həmçinin klub rəhbərliyi belə tədbirlərin davamlı olacağını söyləyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA