"Qrupdan çıxmaq üçün sonadək mübarizə aparacağıq" - Qurban Qurbanov

img

23-10-2015 [10:08]


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində Fransa "Monako"suna qarşı keçirdikləri səfər oyununu şərh edib. O, komandasının 0:1 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

"Uduzmaq istəmirdik. Amma təəssüf ki, qapımızda qol gördük. Bütün oyun ərzində müdafiədə diqqətli oynamağa çalışdıq. Sadəcə, rəqibin ustalığı müdafiə xəttində səhvə yol verməyimizə səbəb oldu. Nəticədə də qol buraxdıq. Topla yaxşı davranan komandaya qarşı oynamaq çox çətindi. Fikrimcə, biz müdafiədə düzgün oynadıq. Rəqibin cəhdlərinin qarşısını alırdıq. Lakin 90 dəqiqə buna nail olmaq çətindi. "Monako" da ələ düşən yeganə şansdan maksimum yararlandı.

Növbəti oyunumuz da bu komandaya qarşı, amma Bakıda olacaq. Artıq bu rəqibi daha yaxşı tanıyırıq. Öz meydanımızda maksimum nəticə qazanmağa çalışacağıq. Qrupdan çıxmaq üçün sonadək layiqli mübarizə aparacağıq. Bu oyunda topa daha çox nəzarət etməyimizə təəccüblənmirəm. Rəqib 70-ci dəqiqədən sonra daha sakit oynamağa başladı. Ona görə də bunda təəccüblü heç nə yoxdu".(Azerisport.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA