20-10-2015 [11:57]
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində (MTN) aşkarlanmış qanun pozuntuları ilə bağlı yeni dəhşətli faktlar məlum olub.
Mia.az xəbər verir ki, AzNews.az istintaqdan və MTN əməkdaşlarından mətbuata hələlik açıqlanmayan cinayət əməlləri barədə bəzi detalları öyrənə bilib. Məlum olub ki, Milli Təhlükəsizlik Nazirliyi hədəfə götürdüyü qurumu və ya şəxsi ictimai nüfuzundan asılı olaraq müxtəlif üsullarla ləkələməyə çalışıb, sonra da öz niyyətlərini həyata keçirilərmiş. Bu yolda onlar mətbuat rıçaqlarından əhəmiyyətli dərəcədə yararlanmağı bacarıblar. Araşdırma zamanı məlum olub ki, MTN-nin nəzarətində bir sıra mətbuat orqanları var və onlar açıq rekertçiliklə məşğuldur. Həmin mətbuat orqanları vasitəsiylə hədəfə götürdükləri "obyekt” əvvəlcə "vurulur”, onların "cinayət əməlləri”, "korrupsiyaya yol vermələri” tirajlanır, sonra isə guya, bunu əllərində əsas götürən MTN-çilər hərəkətə keçib soyğunçuluqla məşğul olurmuşlar.
Ən maraqlı məqam odur ki, soyğunçu MTN-çilərin hədəfi təkcə iş adamları, müəssisə rəhbərləri olmayıb. Onlar hətta iri ranqlı məmurlara, onların nəzarətindəki şirkətlərə də "əl uzadıblar”. Məsələn, məlum olub ki, bir neçə ay əvvəl DİN-in tabeliyində olan bir qurumun rəhbəri zorla MTN-nin zirzəmisinə salınıb və ondan 1 milyona yaxın pul alınıb. O da məlum olub ki, bu əməliyyatdan öncə reket saytlardan birində onun korrupsiya əməlləri, aldığı rüşvətlərlə bağlı geniş yazı dərc olunubmuş.
Məlumatlı şəxs bildirir ki, ağır cinayətlər törədən MTN-çılər təkcə özlərinin hazırladıqları materialların nəzarətklərindəki mətbu orqanlara ötürüb, sonra əməliyyat qurmaqla kifayətlənmirmişlər. Həmçinin xüsusi bir qrup bütün mətbu orqanları izləyib, "vurula” biləcək "obyektlərin” siyahısını hazırlayırmışlar. Hansı qurum və şirkətlə bağlı şikayət və ya tənqidi material çap olunurmuşsa, dərhal onlarla bağlı araşdırılma aparılıb, "basqının” perspektivləri müəyyənləşdirilirmiş.
Çox güman ki, bu işlərdə MTN-lə əlbir olan bəzi mətbu orqanların rəhbərləri də istintaqa cəlb ediləcək. Onların adları və məhz mətbuatda gedən yazılara əsaslanaraq zərər yetirilən şəxslərin bəzilərinin kimliyi bizə bəlli olsa da, istintaq getdiyindən tirajlamağı məqsədə uyğun saymırıq.
Qeyd edək ki, Eldar Mahmudov nazir postundan uzaqlaşdırıldıqdan sonra onun rəhbərlik etdiyi qurumun ağır cinayətlər törətdiyi məlum olub. Faktarla bağlı Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubov rəhbərlik edir.
İstintaqın gedişində MTN-nin bir neçə yüksək rütbəli əməkdaşının saxlanılıb. Onlardan bir neçəsi barədə Səbayıl rayon Məhkəməsi tərəfindən artıq həbs qətimkan tədbiri seçilib.
Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərdən üç nəfərinin adı artıq məlumdur. Onlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Natəvan Məmmədova və polkovnik Füzuli Ələsgərzadədir.
Araşdırmalar nəticəsində onların əməllərində müxtəlif cinayət tərkibi aşkar edilib. Bunlara sahibkarlardan "haqq tələb edilməsi", onların yersiz incidilməsi, MTN-nin səlahiyyətinə daxil olmayan yoxlamalar aparılması, istintaqa cəlb olunmaları və digər əməllər daxildir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi