20-10-2015 [11:22]
Bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçki kampaniyası çərçivəsində dairə ərazisində yaşayan tibb işçiləri ilə görüşüb.
İştirakçıları salamlayan Azay Quliyev səhiyyə işçilərinin cəmiyyətin aparıcı təbəqələrindən biri kimi, seçkilərdə fəal iştirakının deputatlığa namizədlər üçün cəlbedici olduğunu bildirib.
A.Quliyev qeyd edib ki, Azərbaycan dövləti səhiyyə işçilərinin sosial müdafiəsi, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi üçün kompleks islahatlar həyata keçirir: "Milli Məclis də bu islahatlara qanunvericilik təşəbbüsləri və aktları ilə dəstək verir . Bu baxımdan, sizlərlə də görüşüb fikirlərinizi, təkliflərinizi öyrənməyi zəruri hesab etdik”.
Görüşdə çıxış edən tibb işçiləri dövlətin səhiyyə sahəsində həyata keçirdiyi tədbirləri öz fəaliyyətlərində hiss etdiklərini deyərək, onlara gələcəkdə dövlət qulluqçusu statusunun verilməsi perspektivi və icbari tibbi sığorta haqda deputatlığa namizədə sual ünvanlayıblar.
A.Quliyev hər iki məsələyə ətraflı aydınlıq gətirərək qeyd edib ki, gələn ildən tətbiq olunmağa başlanacaq icbari tibbi sığorta sistemi xəstələrlə yanaşı, tibb işçilərinin də maddi rifahına müsbət təsirini göstərəcək.
A.Quliyev eyni zamanda, tibb işçilərinin sosial ipotekadan güzəştli şərtlərlə yararlanmasının tərəfdarı olduğunu deyib: "Bu yöndə təkliflər hazırda layihə mərhələsindədir. Ümid edirəm ki, yeni parlament dövründə tibb işçilərinin sosial rifahına hesablanmış belə bir qərar qəbul ediləcək”.
Tibb işçiləri onları maraqlandıran məsələlərə həssaslıqla yanaşdığı üçün deputatlığa namizədə təşəkkürlərini çatdırıaraq noyabrın 1-də yekdilliklə Azay Quliyevə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 21 oktyabrda saat 18.00-da Binəqədi rayonu, İ.Dadaşov küç. 72/74 saylı binalarında yaşayan seçicilərlə görüşəcək.
Seçki Qərargahının mətbuat xidməti




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi