MTN-də sensasion həbslər - General və bir neçə yüksək vəzifəlilər qandallandı (ŞOK ƏMƏLİYYAT)

img

18-10-2015 [12:44]


Dünən Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən nazir Eldar Mahmudovun MTN-dəki komandasına qarşı irimiqyaslı həbslərə start verilib.

Mia.az Strateq.az-a istinadən xəbər verir ki, nazirin vəzifəsindən çıxarıldığı saatlarda Xüsusi Dövlət Mühafizə Xidmətinin, Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə əməliyyat qurupu MTN-in Monitorinq Xidmətinin rəisi general Teymur Quliyevi və Antiterror Mərkəzinin rəis müavini, adı media cameəsinə çox yaxşı tanış olan İlqar Əliyevi, eləcə də daha bir neçə yüksəkrütbəli əməkdaşı həbs ediblər.

İlkin informasiyalara görə, onlar MTN-in imkan və səlahiyyətlərindən yararlanaraq, dövlət başçısının, onun ailə üzvlərinin, eləcə də hakimiyyətdəki yüksək vəzifəli şəxslərin özlərinin və ailə üzvlərinin telefon danışıqlarını dinləyirmişlər.

Həbslərin davam etdiriləcəyi və daha bir neçə generalı da əhatə edəcəyi gözlənilir... 




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA