“Baku-2015” in qalibi ölkəyə buraxılmadı

img

08-10-2015 [11:22]


Birləşmiş Ərəb Əmirliyi cüdo üzrə İsrail millisinin ölkəyə daxil olmasına qadağa qoyub.


Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda BƏƏ-də 2016-c il Rio-de- Janeyro Olimpiya Oyunlarına lisenziya xarakterli cüdo yarışları keçirilir. İsrail millisinin 15 üzvü də bu yarışmda iştirak etməli idi. 

Məlumata əsasən, Abu-Dabi də keçiriləcək beynəlxalq turnirdə 83 ölkədən 500-dən çox idmançının iştirakı nəzərdə tutulub. 

BƏƏ-yə girişi qadağan olan idmançılar arasında 2013-cü il dünya çempionu Yarden Cerbi və "Baku -2015” Avropa Oyunlarının qalibi Saqi Muki də var. 

Qeyd edək ki, BƏƏ İsraili rəsmi olaraq dövlət kimi tanımır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA