03-10-2015 [18:14]
1993-cü ilin 3 oktyabrında Azərbaycan Prezidenti postuna keçirilən 3-cü rəsmi seçkilərdən 22 il ötür.
Mia.az Axar.az-a istinadən xəbər verir ki, 4 iyun Gəncə qiyamından sonra Prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Ordubadın Kələki kəndinə getdi və nəticədə faktiki olaraq hakimiyyətdən uzaqlaşdı.
Oktyabrın 3-ə təyin olunan prezident seçkisi Heydər Əliyevin tam üstünlüyü ilə başa çatdı və o, səsvermədə seçicilərin 98,8% səsini qazandı.
3 oktyabrda keçirilən seçkilər zamanı mərhum prezident Heydər Əliyev ANS kanalında yayımlanan "Dərs” verilişində Mir Şahin Ağayevə müsahibə vermişdi. O, müsahibəsi zamanı bir çox maraqlı məqamlara toxunmuşdu:
"Mən heç vaxt vəzifə üçün mübarizə aparmamışam. Gənc yaşlarımdan işləmişəm və qəflətən çağırıblar ki, sənə vəzifə veririk. 1952-ci ildə məni KQB-nin əks-kəşfiyyatının rəisi vəzifəsinə çağırdılar. O vaxt 29 yaşında belə bir vəzifədə oturmaq dəhşətli şey idi. Həqiqəti demək lazımdır. Onda mənim heç kimim yox idi. Mən gedib orda-burda, zirzəmilərdə yaşayırdım. Evim də yox idi. Məni çağırdılar ki, səni əks-kəşfiyyat rəisi qoyacağıq. Mən onlara yox dedim. Evə gəldim və bütün gecə fikirləşdim. Mən qurdların içində necə işləyə bilərəm? Lakin məni bu vəzifəyə təyin etdilər. Demək istəyirəm ki, heç vaxt vəzifə uğrunda mübarizə aparmamışam. İndi də başıma bu iş gəldi, partiyadan çıxıb Naxçıvana getdim. Çox ədalətsizlik gördüm, hər şeydən incidim. Kommunist Partiyasına bu qədər xidmət etmişdim, mənə hörmətsizlik etdilər. Lakin həyat məni bura (Bakıya) gətirdi və onlarla yenidən rastlaşdım. Mənim onların qarşısında üzüm açıqdır. Çünki heç birinə pislik etməmişəm. Hamısına kömək eləmişəm, vəzifə vermişəm, şərait yaratmışam. Birindən bir qəpik pul görməmişəm, götürmək də istəməmişəm, xasiyyətim buna ziddir. Bunu deyəndə bəzi adamlar təəccüblənir. Bakıdakı evlərin yarıdan çoxu mənim vaxtımda tikilib, lakin mənim burada yaşamağa evim yoxdur”.
Heydər Əliyev müsahibə zamanı xatirələrini yazmaq istədiyini də bildirir:
"Gərək ömrüm uzun olsun ki, bu siyasət işindən qurtarandan sonra memuar yaza bilim. Çünki siyasət həmişə mənim vaxtımı alıb, indi də alır. Mən kənara çəkilmişdim və artıq Naxçıvanda ilk memuarlarımı yazırdım. Ancaq həyat və tale memuarlarımı yazmağa qoymadı. Lakin hesab edirəm ki, onlar çox lazımdır. Mənim üçün yox, Azərbaycan xalqı, tarix və gələcək nəsillər üçün. Mən 1940-cı ildən Azərbaycan siyasi tarixinin içində olmuşam. Mənim gördüyüm və müşahidə etdiklərimi heç kəs görməyib. Ona görə də bu memuarlar lazımdır”.
Heydər Əliyev müsahibə zamanı Azərbaycanda senzuranın olmadığını və həmişə azadlıq tərəfdarı olduğunu deyir:
"Azərbaycanda senzura yoxdur. Kim nə deyir, yayımlayırlar. Mən də bunun tərəfdarıyam. Çünki həyat təcrübəmdən görmüşəm ki, xırda bir şeyi qadağan edəndə daha da hörmətə minir. Mən senzuranın əleyhinəyəm. Mən azadlıq, hürriyyət tərəfdarıyam. İnsan bütün sahələrdə azad olmalıdır. İnsan nə qədər azad olarsa, cəmiyyət o qədər sağlam olar”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi