29-09-2015 [12:31]
- Hardan gəlirsiz?
- Zaqataladan.
- Bu saatda necə keçə bildiniz maşınla? Rayon qeydiyyatı deyil sizdə?
- Hə, rayondur. Amma 10 manatın canı sağ olsun. Verib keçdim.
Məlumdur ki, rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 22:00-a qədər paytaxta buraxılmaması barədə qərar verilib. Bu qərar sentyabrın 15-dən qüvvədədir. Üstəlik, bu avtomobillərin saxlanması üçün şəhərin cənub və şimal girişində duracaqlar tikilib. Amma müşahidələr göstərir ki, o duracaqlarda avtomobillərin sayı barmaqla sayılacaq qədərdir. Əslində bu məhdudiyyətin səbəbi gün ərzində regionlardan paytaxta gələn avtomobillərin tıxac yaratması idi. Duracaqlardakı avtomobillərin sayına baxanda minin çox şişirdilmiş rəqəm olduğu təəssüratı yaranır. Bəs bu avtomobillər indi haradadır?
Bu sualımızın cavabı yazının girişində verdiyimiz dialoqdadır. Yəni ən azından əməkdaşımızın Müşfiqabad keçidində qarşılaşdığı sürücü belə deyir. Adını açıqlamayan həmin sürücü deyir ki, qadağa qoyulan gündən indiyədək paytaxta gündüz vaxtı bir neçə dəfə gəlib, hər dəfəsində də yol polisinə 10 manat rüşvət verib Bakıya girib.
Sürücünün bu iddialarına münasibət bildirən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktın araşdırılmalı olduğunu deyib: "Avtomobildəki şəxs xəstə, yaxud Bakı qeydiyyatında olan məcburi köçkün ola bilər. İstənilən halda bu fakt araşdırılmalıdır. Kiminsə 5-10 manat verib, məhdudiyyət olan saatlarda paytaxta daxil olması ciddi ittihamdır. Bu halla rastlaşanlar bizə müraciət etməlidir. Həmin avtomobil sahibinin hansı saatda, necə keçməsi polis tərəfindən araşdırıla bilər. Bu zaman onun pul verib-verməməsi müəyyən olunar. Kimisə buraxmayanda, duracaqda istiqamətləndirəndə insanlarda "yəqin məndən pul umurdu”, "10 manat versəm, buraxardı” kimi yanlış fikirlər yaranır. Yaxud qarşısındakı maşın buraxılırsa, səbəbini bilmədən rüşvət düşüncəsi, ya da kiminsə tanışı olması ağlına gəlir. O maşında xəstə olub-olmamasını bilmir. Sadəcə, rayon maşınının həmin postlardan daxil olmasını görüb belə fikirlər irəli sürürlər. Anlamırıq ki, belə faktlar barədə nə üçün yol polisinə müraciət edilmir? Bunu aşkarlamaq bizim üçün də maraqlıdır. Bəlkə, kimlərsə bilərəkdən məlumat yayıb, polisi gözdən salmaq istəyir, ya da hansısa niyyəti var. Sürücülər Baş İdarəyə, "102” xidmətinə müraciət edə bilər. Onlar hamısı Baş İdarənin ünvanını çox yaxşı bilir. Nədənsə, belə məsələ qalxanda KİV-ə müraciət edirlər. Kimdənsə pul alınıbsa, yaxud kimsə belə bir fakt aşkarlayıbsa, maşının nömrəsini bizə təqdim etsin və məsələni araşdıraq”.
K.Əliyev müəyyən saatlarda paytaxta daxil olan avtomobillərin gündüz saatlarında yollarda hərəkət etməsinin tıxacları azaltmayacağı ilə bağlı fikirlərə də aydınlıq gətirdi. "Rayon avtomobillərinin paytaxta girişinə məhdudiyyət nəqliyyatdakı sıxlığa müsbət təsir edib. Düzdür, pik saatlarda, təhsil müəssisələrinin yaxınlığında sıxlıq yaşanır. Bu da əsasən, valideynlərin avtomobili yolun hərəkət hissəsində saxlaması ilə əlaqədardır. Ötənilkinə nisbətən nəqliyyat sıxlığı kifayət qədər azalıb. Bakıya gecə daxil olmuş nəqliyyat vasitəsinin gündüz saatlarında paytaxt yollarında hərəkətinə heç bir məhdudiyyət yoxdur. Gündüz saatlarında elə də tıxac müşahidə edilmir. Bu baxımdan onların hərəkəti problem yaratmır. Sıxlıq əsasən səhər və axşam saatlarında olur. Səhər saatlarında yaranan sıxlıq şəhərə daxil olmalarla əlaqədar idi. Məsələn, Bakıya təkcə şimal istiqamətindən 60-65 min, cənubdan 35 min nəqliyyat vasitəsi daxil olurdusa, təxminən səhər saatlarında paytaxt qeydiyyatında əlavə 100 minə yaxın nəqliyyatın yollarda hərəkəti demək idi. İş və dərs saatlarının başladığı vaxtda paytaxtda bu qədər nəqliyyat vasitəsinin hərəkətinin qarşısının alınması istənilən halda sıxlığa təsir etmiş olur.
Yol polisi təkcə rayon qeydiyyatı deyil, paytaxt qeydiyyatı olan avtomobil sahiblərindən də fərdi nəqliyyat vasitələrindən az istifadə etmələrini tövsiyə edir. Bu həm sürücülərin özləri, həm də digər hərəkət istifadəçiləri üçün rahatdır. Ictimai nəqliyyatdan istifadə etsinlər. Bu zaman park etmək üçün əlavə vəsait ödəmək problemi də olmayacaq. Qısa məsafəyə isə piyada getmək səhhət üçün də faydalıdır”.
DYP rəsmisi deyir ki, qanun pozuntuları ilə rastlaşanda Baş İdarəyə müraciət etsinlər. Bu yerdə məşhur mahnının bir misrası yada düşür: "Səndən, yar, sənə, yar, şikayətim var”...
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi