Qovşaq rəisi özünü asdı - Müəmma (FOTOLAR)

img

25-09-2015 [21:54]


Bu dəqiqələrdə Biləsuvar rayonunda intihar hadisəsi qeydə alınıb.

Rayon sakinlərinin "Qafqazinfo”ya verdiyi məlumata görə, Biləsuvar Telekommunikasiya Qovşağının rəisi Ağayev İlkin Mirilham oğlu işlədiyi idarənin binasında intihar edib. 

İdarənin işçiləri rəis otağının qapısının uzunmüddətli  bağlı olduğunu görüblər. Onlar əlaqə yaratmaq mümkün olmadıqda qapını qıraraq içəri daxil olublar və İlkinin asılmış vəziyyətdə olan meyiti ilə rastlaşıblar. 

Yerli sakinlərin sözlərinə görə, Ağayev İlkin 1980-ci il təvəllüdlüdür. O, iki ay əvvəl rəis vəzifəsinə təyin olunub. Rayonda ən nümunəvi şəxslərdən biri hesab olunur.

3 övlad atası olan Ağayevin intihar etməsindən bütün rayon əhalisi şoka düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Ağayev İlkin Biləsuvarda çox tanınmış olan Seyid Sənayənin nəvəsidir. 

 

Biləsuvarda şok intihar -  Rəis özünü asdı
Biləsuvarda şok intihar -  Rəis özünü asdı
Biləsuvarda şok intihar -  Rəis özünü asdı


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA