18-09-2015 [15:04]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə məhkəmə başlayıb.
Mia.az "Report”a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxs məhkəmənin qapalı şəraitdə keçirilməsini istəyib. Lakin hakimlər onun şifahi vəsatətini təmin etməyib.
M.Səlimovun vəkili vəsatət qaldıraraq məhkəmədən Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün tikilən bir neçə yaşayış kompleksinin inşası üzrə müqavilələrinin araşdırılmasını istəyib. Hakim vəsatəti qəbul edib, amma təmin olunub-olunmadığı haqda qərarını açıqlamayıb.
Bundan sonra M.Səlimov ifadə verib. O bildirib ki, bütün işləri Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin göstərişi ilə edib: "Prokurorun ittihamı ilə razı deyiləm. Özümü təqsirli hesab etmirəm. Azərbaycan Müdafiə Nazirliyindən təqaüdə çıxandan sonra şirkət yaratdım və Sumqayıt şəhərində tikinti işləri ilə məşğul oldum. Həmin dövrdə müdafiə naziri olan Səfər Əbiyev məni yanına çağırıb Azərbaycan ordusu üçün bir neçə hərbi təyinatlı obyekt tikməyimi istədi. Bu işlər də elə həmin söhbətdən sonra başladı. Ekspertiza təyin olunsun. Çünki nazirliyin ayırdığı pullar görülən tikinti işləri üçün az idi. Dövlətin verdiyi pullar çəkilən xərcləri ödəmədi. Həmin vəsaitlə işin yarısını görmək olardı".
Müdafiə nazirinin keçmiş müavini işlərin hansı formada görüldüyünü və ödənişlərin hansı şəkildə həyata keçirildiyini də açıqlayıb: "Müqavilə bağlanırdı, sonra pul verilirdi. Məndən həm də başqa tədris mərkəzinin təmir işlərinin başa çatdırmasını istədilər. Səfər Əbiyevə dedim ki, bura sökülüb yenidən tikilməlidir. Keçmiş nazir gəlib baxdı və işçilərinə tapşırıq verdi ki, mənə köməklik etsinlər. Səfər Əbiyev nazir vəzifəsindən azad olunandan sonra Müdafiə Nazirliyi üçün həyata keçirdiyimiz işlərdən ayrılmaq qərarına gəldim. Çünki mənə verilən məbləğlə tapşırılan işləri görmək mümkün deyildi. Dövlətin mənə verdiyi ev və torpaq sahəmi satdım. Bankdan 170 min manat kredit götürdüm. 150 min manat isə kürəkənimin adına götürdüm. Həmin pulları tikinti işlərini başa çatdırmaq üçün götürdüm. Bunun əvəzində mənə bir manat da olsun pul vermədilər. Əvvəl adıma 300 min avans yazdılar və başa düşdüm ki, məni tutacaqlar. Dekabrda forma 2 təqdim etməli idim. Lakin noyabr ayında məni tutdular. Görülən işlərə heç kim gəlib baxmadı və məni ittiham etdilər".
Prosesdə şahidlər Şəfa Kərimova və İlqar Əfəndiyev də dindirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi