"Özlərini yaxşı tərəfdən göstərdilər..." - Tale Heydərov

img

18-09-2015 [09:57]


"Yaxşı oynadıq. Hər kəs bizdən qələbə gözləyirdi. Amma bu dəfə alınmadı".

Bu sözləri "Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının qrup mərhələsində evdə PAOK-la 0:0 bərabərə qaldıqları oyundan sonra deyib.

T.Heydərov qrupun ilk matçında qazanılan bir xalın da pis nəticə olmadığını bildirib: "Çalışacağıq növbəti matçlarda 3 xal qazanaq. Amma bizim üçün qrupun ilk oyununda bir xal qazanmaq pis nəticə deyil. Yeni transferlərimiz də özlərini yaxşı tərəfdən göstərdilər. Çalışıram ki, hər oyunda komandamın yanında olum. Böyük ehtimalla "Krasnodar"la səfər matçında da komandanın yanında olacam".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA