11-09-2015 [14:03]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında və istifadəsində təqsirləndirilən Azərbaycan vətəndaşları Əlirza Amanbəyli, Bəhram Əliyev və Türkiyə vətəndaşı Fer Adil Yavuzun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Təqsirləndirilən şəxslər öncə son söz ilə çıxış ediblər. Fer Adil özünü qismən təqsirli bildiyini deyib: "Özüm istifadə etmək üçün almışdım. Satmaq niyyətim yox idi. Həm də evimdə heç də külli miqdarda narkotik olmayıb. Peşmanam”.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Türkiyə vətəndaşı Adil Yavuz Ziya oğlu Ferin Sumqayıt şəhərində yaşadığı mənzildən 1 kiloqram 19 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb. Əlirza Amanbəyli də narkotik vasitəni sadəcə şəxsi istifadə üçün aldığını deyib: "Satışını etməmişəm, sadəcə tanışların xahişi yerinə yetirib onlar üçün də almışam”.
35 il musiqi müəllimi kimi işlədiyini deyən Bəhram Əliyev də əməlindən peşman olduğunu deyib: "Özümü təqsirli bilirəm, amma hesab edirəm ki, həbsdə olduğum 8 ay ərzində islah olmuşam. Neçə illər bu sənətlə məşğul oldum, müəyyən bir yaşa çatdığımda artıq beynimdə məni narahat edən səslr vardı. Onlardan xilas olmaq üçün arada çəkirdim. Amma müalicə də olunmuşam, artıq asılılığım da yoxdur. Özüm həmişə şagirdlərimə belə şeylərdən uzaq olmağı məsləhət görürdüm”.
Məhkəmənin hökmü ilə Fer Adil Yavuz 5 il, Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, məhkəmənin ilkin baxış zamanı hüquq-mühafizə oqrqanının əməkdaşı, müstəntiq Elşən Cahangirov ifadəsində bildirib ki, onlara vətəndaş Samir Əliyev tərəfindən məlumat daxil olub ki, Əlirza Amanbəyli narkotik vasitələrin satışı ilə məşğuldur: "Samir Əliyev özü də əməliyyatda iştirak etməyə razı oldu. Ona öncədən işarələnmiş 4 ədəd 50 manat verdik. Əlirza ilə danışıb görüşdü. Bizim verdiyimiz pulu Əlirzaya verdi, həmin an biz onlara yaxınlaşıb Əlirzanı saxladıq. Üzərinə baxış keçirərkən özü könüllü olaraq 1 büküm narkotiki çıxarıb verdi. Əlirza dedi ki, narkotiki Bəhramdan alıb. Səhərisi gün biz Bakıxanov qəsəbəsində Bəhram Əliyevi saxladıq. O üst-üstə iki şalvar geyinmişdi. Altdakı şalvarının cibindən 5 büküm narkotik götürdük. Bəhram öz maşınında da əlavə narkotik olduğunu dedi və onu da təhvil verdi. Bəhram dedi ki, narkotiki Türkiyə vətəndaşı Fer Adildən alıb. Biz bir gün sonra Fer Adili də saxladıq. O narktotiki Hollandiyadan internet vasitəsilə aldığını dedi. Fer Adilin Sumqayıtdakı evindən əlavə 2 büküm narkotik aşkarlandı”.
Qeyd edək ki, həbs edilənlərdən Əlirza Amanbəyli 2006-ci ildən 2011-cilin sentyabr ayına qədər Dünya Azərbaycanlıları Konqeresinin mətbuat xidmətinin və www.dak.az saytının rəhbəri, 2011-ci oktyabır ayından Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin müavini və partiyanın Güney Azərbaycan departamentinin sədri vəzifəsində çalışıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi