Güləşçilərimiz daha iki olimpiya lisenziyası qazandı

img

11-09-2015 [11:28]


ABŞ-ın Las-Veqas şəhərində güləş üzrə dünya çempionatı davam edir

4-cü yarış günündə qadın və kişi sərbəst güləşçiləri 4 çəki dərəcəsində yarışıblar. Azərbaycan güləşçiləri Yuliya Ratkeviç (58 kq) və Toğrul Əsgərov (65 kq) növbəti lisenziyaları əldə ediblər. Bundan başqa onların bürünc medal qazanmaq şansı da var.

Xatırladaq ki, bundan əvvəl Yunan-Roma güləşçilərindən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya lisenziyaları əldə edib. Rəsul Çunayev (71 kq) dünya çempionu olub, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc medala layiq görülüb.

Qaydalara əsasən, lisenziya qazanmaq üçün idmançılara ilk beşliyə düşmək gərəkdir. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA