11-09-2015 [09:53]
Beynəlxalq Bank işinə görə həbs olunan "İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun yaxın adamı Arif Yusifov özünü asıb.
Mia.az xəbər verir ki, "Yeni Musavat”ın əldə etdiyi sensasion məlumata görə, Arif Yusifov "İnter Glass” zavodunda intihar edib. İş adamı Fariz Muradov mayın 15-də Beynəlxalq Bank işi ilə bağlı istintaq başlayan zaman həbs edilib. Şirkət prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunaraq Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həbs edilən zaman ondan kredit borcunu ödəməsi tələb olunub. Lakin borcunu ödəyə bilməyən iş adamı haqda Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.
F.Muradova yaxın biznesmen Arif Yusifov "İnter Glass” şirkətində səlahiyyətli şəxslərdən biri olub. O, şirkətin əsas işlərini idarə edib. Məlumata görə, Fariz Muradovun həbsindən sonra Arif Yusifovun da həbsi gündəmə gəlib. Çünki A.Yusifov "İnter Glass” MMC-də təsərrüfat xidmətinin rəisi işləyib və əsas maliyyə məsələlərinə o məsul olub. Ehtimala görə, iş adamı çıxış yolunu intihar etməkdə görüb.
1963-cü il təvəllüdlü Arif Yusifov sentyabrın 3-də "İnter Glass” şirkətinin Bakının Qaradağ rayonunda, Salyan şossesi, 25 ünvanda yerləşən nəhəng "İnter Glass Azerbaijan” şüşə məmulatları zavodunun sexində özünü asıb. Hazırda hadisə ilə bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
2009-cu ildə "İnter Glass” Azərbaycanda yeni investisiya layihəsinə başlayıb. İş adamı Fariz Muradov şirkətin törəmə müəssisəsi olan "Brickwork House Construction Ltd” yeni şüşə zavodunun tikintisinə 52 milyon manat yatırıb. Şirkət zavodun açılması üçün Beynəlxalq Bankdan 5 milyon avro kredit alıb. "İnter Glass” şirkəti Gürcüstanda və Qırğızıstanda da şüşə zavodu açıb.
Xatırladaq ki, Beynəlxalq Bank işinə görə xeyli sayda iş adamı həbs edilib. Onlar Beynəlxalq Bankdan götürdükləri kreditləri vaxtında geri qaytarmamaqda ittiham olunurlar. Həbs edilənlər haqda rəsmi məlumatlar verilməsə də, mətbuatda yer alan xəbərlərə görə, həbs edilən məşhurlar arasında baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasov, "Qara polkovnik” kimi tanınan mərhum Fətulla Hüseynovun oğlu Adil Hüseynov, bankın İdarə Heyətinin sabiq rəhbəri Cahangir Hacıyevin bacanağı, "İntertabakko” Zaqatala Tütün Emalı Zavodunun direktoru İsmayıl Hidayətzadə də var.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi