"İmkanı olanlara yardım verilməməlidir" - Nazirdən açıqlama (VİDEO)

img

10-09-2015 [16:21]


Sosial proqramlar tam şəkildə icra olunacaq.

ANS TV-nin məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov məlumat verib. O bildirib ki, hazırda ünvanlı sosial yardımların verilməsi və avtomatlaşdırılması istiqamətində artıq işlər yekunlaşmaq üzrədir.

Səlim Müslümov həmçinin qeyd edib ki, bugün sosial müavinətlər, kompensasiyalar üzrə əsas olan məsələlərdən biri onların düzgün ünvana çatdırılmasıdır. Yəni bu müavinətlərə kimin həqiqətən ehtiyacı varsa, o şəxslər almalıdır. İmkanı olanlara isə verilməməlidir. 

Müavinətlərin və sosial yardımların düzgün ünvanlara çaydırılmasını təmin edən avtomotlaşdırılmış proqramların artıq təhvil verilməsinə çox az bir vaxt qalır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA