Ramil Usubovun növbəti görüş qrafiki - 17 vakant vəzifəyə qəbul olacaq (Müsabiqə)

img

10-09-2015 [14:48]


Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov 2015-ci il sentyabr ayının 26-da saat 10:00-da Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik rayonlarının sakinlərini Lənkəran şəhər-rayon Polis Şöbəsində qəbul edəcək.  


DİN-dən verilən məlumata görə, qəbul başa çatdıqdan sonra saat 12:00-da, Azərbaycan Respublikasının Daxili İşlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Lənkəran rayon polis şöbəsində sıra baxışı keçiriləcək.   

Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər: 

- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud  tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.   

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.   

Müsabiqəyə yuxarıda qeyd olunan rayon polis şöbələrində 17 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək. 

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA